Əsas Səhifə > Gündəm, Manşet > LAÇIN SAKİNİ RAMİL USUBOVA MÜRACİƏT ETDİ

LAÇIN SAKİNİ RAMİL USUBOVA MÜRACİƏT ETDİ


10-07-2013, 10:12
LAÇIN SAKİNİ RAMİL USUBOVA MÜRACİƏT ETDİ
TAXTA KÖRPÜ QƏSƏBƏSİNDƏ ƏXLAQSIZLIQ YUVASINI KİM HİMAYƏ EDİR?

DİA.AZ: - Laçın rayonunun Qarakeçdi kəndinin sakini Həsənov Astan Əhliman oğlu Daxili İşlər Naziri Ramil Usubova şikayət məktubu ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a göndərilən həmin məktubda narazı vətəndaş bildirir ki, laçınlıların sıx məskunlaşdığı Takta Körpü qəsəbəsində Laçın rayon polis idarəsinin yaxınlığında əxlaqsızlıq yuvası fəaliyyət göstərir.

Vətəndaş həmin əxlaqsızlıq yuvasının bağlanmasını xahiş edir və bu tələblə yerli polis idarəsi qarşısında məsələ qaldırsa da, polisin fəaliyyətsiz qalmasından gileylənir: «Mən Daxili İşlər Naziri Ramil Usubova müraciət edirəm. Azərbaycan polisinin ərazi bütövlüyümüz uğrunda aparılan müharibədə böyük rolu olub. Amma bu gün polis bu cür obyektlərə göz yumur və xahiş edirəm ki, bu əxlaqsızlıq yuvasına qarşı həquqi tədbirin görülməsi üçün Laçın rayon polis idarəsinə göstəriş verəsiniz».

Laçın sakini eyni zamanda yerli polisin bu yöndəki fəaliyyətsizliyindən də narazılıq edir və hətta ittihamlar da səsləndirir. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Geri qayıt