Əsas Səhifə > Güney Press / Manşet > İCRA BAŞÇISI VƏ OĞLU SEÇKİNİN QURBANLARI OLACAQ

İCRA BAŞÇISI VƏ OĞLU SEÇKİNİN QURBANLARI OLACAQ


10-07-2013, 02:39
İCRA BAŞÇISI VƏ OĞLU SEÇKİNİN QURBANLARI OLACAQ
DİA.AZ: - Bu ilin 12 fevral tarixində prezident İlham Əliyev icra hakimiyyəti başçılarına sərt formada xəbərdarlıq etmişdi. Bildirək ki, həmin toplantı İsmayıllıda baş verən üsyanın ardından keçirildiyindən, prezident də bu çıxışında məmurları hədələyərək onların yaxınlarını, oğullarını harınlıqda ittiham etmişdi. Həm də bildirmişdi ki, buna görə həmin məmurlar sərt formada cəzalandırılacaq.

Amma 12 fevral müşavirəsinin ardından heç bir cəza mexanizminin işə salınmaması məmurlarda, xüsusən də icra başçılarında sanki bir arxayınçılığın yaranmasına nədən oldu. Əbəs yerə. Elə DİA.AZ-a daxil olan informasiyalardan da aydın olur ki, nahaqdan məmurlarda arxayınçılıq yaranıb.

Məlumatlı mənbənin redaksiyamıza bildirdiyinə görə, prezident seçkiləri ərəfəsində bir neçə rayonun icra hakimiyyəti başçısının cəzalandırılması gözlənilir: В«Bu hələ harasıdır. Eyni zamanda həddini aşan məmur övladları ilə bağlı da cəza mexanizmi işə salınacaq ki, bu da seçkilər ərəfəsində hakimiyyətə əlavə divident qazandıra bilərВ».

Mənbə iddia edir ki, adı neçə müddətdir kriminal olaylarda hallandırılan Goranboy rayon icra hakimiyyətinin başçısı və onun oğlu da bu qəbildəndir: В«Elə ilk hədəf də Nizaməddin Quliyev və onun övladı ola bilərВ». Bildirək ki, Nizaməddin Quliyevin oğlu vaxtilə bankların birində işləyib və ona qarşı 500 min manatlıq maliyyə maxinasiyası ittihamı var.

Geri qayıt