Əsas Səhifə > Siyasət, Manşet > İKİ İCRA BAŞÇISI BİR-BİRİ İLƏ NİYƏ SAVAŞIR?

İKİ İCRA BAŞÇISI BİR-BİRİ İLƏ NİYƏ SAVAŞIR?


9-07-2013, 13:00
İKİ İCRA BAŞÇISI BİR-BİRİ İLƏ NİYƏ SAVAŞIR?
SƏBAİLİN RƏHBƏRİ RƏQİBİNDƏN «YUXARILARA» ŞİKAYƏT ETMƏLİ OLDU

DİA.AZ: - Bir müddət əvvəl məlumat verərək bildirmişdik ki, Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərova qarşı hökumət içində bəlli bir qruplaşma kampaniya aparmaqdadır. DİA.AZ-ın əldə etdiyi bilgilərdən aydın olur ki, Səbailin icra başçısı rəqiblərinin kimliyindən tam olaraq məlumatlı olmaqla yanaşı, həm də onlara qarşı addımlar atmağa başlayıb.

Mənbənin söylədikləri: «Həmin şəxs də bir rayonun icra hakimiyyətinin başçısıdır. Asif Əsgərovla çoxdan ədavəti var və mətbuatda Səbailin şefinə qarşı aparılan kampaniya da məhz həmin şəxsin nəzarəti altında cərəyan edir».

Mənbə iddia edir ki, artıq bu barədə «yuxarıları» da məlumatlandıran Asif Əsgərov hətta rəqiblərindən şikayətlənib də: «Ona isə seçkilərə qədər hövsələli davranmaq tapşırığı verilib».

Geri qayıt