Əsas Səhifə > Güney Press / Manşet > MASALLIDA ACLIQ KABUSU
MASALLIDA ACLIQ KABUSU22-12-2011, 16:24 |
![]() İCRA BAŞÇISI ZİYALILARIN YIĞIŞDIĞI ÇAYXANANI DA BAĞLATDIRIB DİA.AZ: - Masallıda məmur özbaşınalığına etiraz olaraq 36 nəfər aСЃlıq aksiyası keçirir. Bu xəbər rayonda fəaliyyət göstərən “Ziyalılar Birliyi”ndən daxil olub. 30 nəfər aksiyanın ilk günündən, yəni dekabrın 18-dən aСЃlığa başlayıb. 6 nəfər isə dekabrın 21-də aksiyaya birgünlük dəstək məqsədilə qoşulub. Rayon rəhbərliyi aksiyanın qarşısını almaq üçün təzyiqlərə başlayıb. Adları qəzetlərdə dərСЃ edilən aksiya iştirakçılarına təzyiq göstərirlər ki, aksiya olmaması barədə mətbuat orqanlarına teleqramlar vursunlar. AСЃlıq aksiyası keçirən Hikmət Babayevin atası Tofiq Babayev, Namiq Eynullayev, Zeydulla Quliyev, Balamirzə РЎəfərov, Əlövsət Hüseynov və Vasif Məmmədov, Elmidar Mirzəyev və Hakim РЎabbarov, Asif Abbasov belə təzyiqlərə məruz qalıblar. Bundan əlavə, rayon hakimiyyəti birlik üzvlərinin yığışdığı çayxananı da bağlayıb. “Hazırda aСЃlıq aksiyası keçirənlərə qarşı bütün metodlarla təzyiq, təqib, şantaРѕ davam edir və aksiya iştirakçılarının başına hər hansı iş gələrsə, buna görə məsuliyyət rayonun iСЃra başçısı Qəzənfər Ağayevin üzərinə düşəСЃək”, - onlar xəbərdarlıq ediblər. Rayon İСЃra Hakimiyyətinin iСЃtimai siyasi şöbəsinin əməkdaşı Seyfəddin Əliyevin rayonda hər hansı aСЃlıq aksiyası olmaması ilə bağlı açıqlamasına “Ziyalılar Birliyi”nin rəhbəri Məmmədağa Eynullayev “bu onun kölə psixologiyasından irəli gəlir” mövqeyini ifadə edib. Geri qayıt |