Əsas Səhifə > Gündəm, Manşet > VAQİF AXUNDOV QOHUMUNU SALYANA BAŞÇI GÖNDƏRİR
VAQİF AXUNDOV QOHUMUNU SALYANA BAŞÇI GÖNDƏRİR9-07-2013, 12:12 |
GEDİŞ ƏRƏFƏSİNDƏ OLAN TAHİR KƏRİMOVU SAHİBKARLAR DA DİNLƏMİRLƏR DİA.AZ: - Daha bir rayonunun icra başçısı vəzifəsi ilə vidalaşmalı olacaq. Bu şəxs illərdir adı müxtəlif olaylarda, hətta kriminal hadisələrdə belə hallandırılan Salyan rayon icra hakimiyyətinin başçısı Tahir Kərimovdur. Bu barədə DİA.AZ-a məlumat verən Nazirlər Kabinetindəki mənbəmiz iddia edir ki, yaxın günlərdə Tahir Kərimov vəzifəsindən alınır. Qeyd edək ki, məlumatı dəqiqləşdirə bilməyimiz üçün Salyan rayonu ilə də əlaqə saxladıq. Rayondan da xəbəri təsdiqlədilər və bildirildi ki, hər kəs başçının gedəcəyini bili rvə bu barədə danışır. Rayondakı qaynağın iddialarına görə, hətta yerli sahibkarlar icra başçısı tərəfindən aparılan abadlıq və quruculuq işlərində iştirakdan da nümayişkaranə formada imtina edirlər: «Onlar da bilirlər ki, başçı gedəcək və xərclədikləri pul boşuna sərf olunmuş olacaq. Çünki yeni başçı gələndən sonra köhnə xərcləmələr unudulur və yeni başçıya görə də əlavə pullar xərcləməli olurlar». Mənbəmiz bildirir ki, artıq rayonda yeni icra başçısının kimliyi də məlumdur: «Salyana Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi general Vaqif Axundovun bacısının yeznəsi Rəşad Cəbrayılov icra başçısı göndəriləcək». Bildirək ki, Rəşad Cəbrayılov Vaqif Axundovun qohumu olmaqla yanaşı, həm də hakim Yeni Azərbaycan Partiyasının Salyan rayon təşkilatının sədridir. Rəyini öyrəndiyimiz Salyan sakinləri bildirdilər ki, əslində Rəşad Cəbrayılov Tahir Kərimovdan fərqli olaraq Salyanda daha çox nüfuz sahibidir. Bu da onun əslən Salyandan olması ilə əlaqədardır. Geri qayıt |