Əsas Səhifə > Siyasət, Manşet > RAMİZ MEHDİYEV VƏZİFƏ BAŞINDA NƏ QƏDƏR QALACAQ?
RAMİZ MEHDİYEV VƏZİFƏ BAŞINDA NƏ QƏDƏR QALACAQ?9-07-2013, 11:55 |
PA ŞEFİ MÖVQELƏRİNİ BƏRPA ETMƏKLƏ YANAŞI, NƏZARƏTİ DƏ ƏLƏ ALA BİLİB DİA.AZ: - Prezident Administrasiyası daxilində yeni savaşın başlaması haqda hələ xeyli əvvəldən informasiya vermişdik. DİA.AZ-a bu istiqamətdən yeni informasiyalar daxil olub. Hökumət içindəki mötəbər mənbənin bildirdiklərindən belə aydın olur ki, PA şefi Ramiz Mehdiyev öz mövqelərini qoruya bilməsi üçün başlatdığı kampaniyanı uğurla bitirməyə müvəffəq olub. Mənbənin söylədikləri: «Ramiz Mehdiyev ona və çevrəsinə qarşı hücumları səngitməklə yanaşı, həm də yenidən hücumçu mövqeyinə keçid edə bilib. Bu gün yenə də hadisələr onun nəzarəti altındadır. Yenə də ənənəvi qaydada proseslər cərəyan edəcək». Mənbəmiz iddia edir ki, Mehdiyevə qarşı fəaliyyətdə olan cəbhələşmələr seçkidən sonranı gözləmək zorundadırlar: «Azərbaycanda hakimiyyət dəyişikliyi üçün ən münasib dönəm məhz seçki dönəmidir. Ramiz Mehdiyev də rəqiblərinin hücumlarını seçki astanasına qədər daşımağa müvəffəq oldu. Əslində o, keçən il vəzifəsindən alınmalı idi. Amma əks-cinah istəyinə nail ola bilmədi. Ramiz Mehdiyev bir usta oyunçu kimi həm adı ilə bağlı ajiotajı yatıra bildi, həm də kənardan verilən dəstək hesabına mövqelərini bərpa etdi». Mənbəmizin bildirdiyinə görə, seçki faktorundan ustalıqla istifadə edən Mehdiyev bu seçki ilində özünü hakimiyyət üçün gərəkən fiqur formatında təqdim etdiyindən, seçkilər onunla yola veriləcək: «Dəyişiklik yalnız seçkilərdən sonra ola bilər bu da yenə də hadisələrin inkişaf axarından asılıdır». Geri qayıt |