Əsas Səhifə > Siyasət, Manşet > KREMLİN RƏSMİ BAKIYA QARŞI İLGİNC PLANI

KREMLİN RƏSMİ BAKIYA QARŞI İLGİNC PLANI


8-07-2013, 11:34
KREMLİN RƏSMİ BAKIYA QARŞI İLGİNC PLANI
RUSLAR 3 MİLYONLUQ AZƏRBAYCANLI KONTİNGENTİNİ ÖLKƏDƏN ÇIXARIR

DİA.AZ: - Rusiyadan yaşayan azərbaycanlıların kütləvi şəkildə vətənə qayıtması gözlənilir. Bunun səbəbi isə son zamanlar Rusiya ilə Azərbaycan arasında münasibətlərin gərginləşməsidir. Belə ki, Rusiyadan yaşayan iş adamlarının verdiyi məlumatlarda bildirilir ki, bir müddət əvvəl Rusiya hökümətinin əməkçi miqrantlarla bağlı qəbul edilən yeni qərar artıq tətbiq edilməkdədir. DİA.AZ bildirir ki, bu barədə “30gun.az” xəbər yayıb.

Qeyd edək ki, Rusiya Nazirlər Kabinetinin bu qərarı ötən ilin yanvarın 1-dən qüvvəyə minib. Lakin buna baxmayaraq indiyə qədər qeydiyyatı olmayan azərbaycan vətəndaşlarının Rusiyadan kütləvi şəkildə çıxarılması baş verməyib. İndi isə Rusiya hakimiyyəti bu fürsətdən istifadə edərək Azərbaycana qarşı planını işə salıb. Həmin qərara əsasən mühacirlərə "iş vərəqəsi" deyilən sənəd verilməyəcək. Bu, miqrantların nəzarətində olan xırda ticarəti qadağan etmək istiqamətində görülən tədbirlərin tərkib hissəsi hesab edilir. Soydaşlarımız bildirir ki, artıq Moskvanın yeni meri Sergey Sobyanin paytaxtda miqrantların nəzarətində köşkləri yığışdırıb. Bazarlara OMON-nun hücumları intensivləşib. Azərbaycanlıları qarşı zor tətbiq edilir. Bir neçə gün ərzində yüzlərlə köşk yığışdırılıb. Bütün bunlar isə minlərlə insanın işsiz qalması ilə nəticələnib ki, onların da əhəmiyyətli hissəsi azərbaycanlılardır. Belə gedərsə işsizlərin sayı birəbeş artacaq. Bu halda soydaşlarımızın kütləvi şəkildə Rusiyadan vətənə köçü başlaya bilər.

Bu baş verərsə, ölkədə hansı problemlər yaşana bilər?

Məsələ ilə bağlı danışan ekspertlərin fikrincə, soydaşlarımızın prezident seçkisi öncəsi kütləvi şəkildə vətənə köçü ölkə üçün ciddi fəsadlara səbəb ola bilər: "Bu sırada ilk növbədə ölkədə kriminogen durumun nəzarətdən çıxması, cinayətkarlığın artmasını qeyd etmək olar. Bəllidir ki, işsizlik olan yerdə cinayətkarlıq da artır. Rusiyada işsizlik və digər səbəblərdən Azərbaycana axışan soydaşlarımız təbii ki, burada da iş tapmaqda çətinlik çəkəcəklər. Soydaşlarımızın vətənə köçü ilə işsizlərin sayı artacaq. Bu isə ölkədə kriminal meyllərin güclənməsinə və cinayətkarlığın artmasına səbəb olacaq.

Soydaşlarımızın köçü ölkədə sosial-iqtisadi vəziyyətin daha da pisləşməsinə gətirib çıxaracaq. Bəllidir ki, bu gün bir çox rayonlarda ailələr məhz Rusiyadan gələn pulun hesabına dolanırlar. Yəni, demək olar ki, bütün rayonlarda hər ailədən bir nəfər Rusiyaya qazanc dalınca gedib. Və onlar qazandıqlarını ailələrinə göndərirlər. Rusiyadan vətənə qayıtmaq isə Azərbaycanda minlərlə ailənin sosial vəziyyətinin dözülməz dərəcədə pisləşəcək. Bu isə istər-istəməz Azərbaycanda siyasi proseslərə təsirsiz ötüşməyəcək.".

Bundan əlavə ekspertlər bildirir ki, bütün bunlara rəğmən Rusiya Azərbaycanda bir sıra təxribatlar da törədə bilər: "Kremlin planları isə göründüyü üzrə, təkcə soydaşlarımızın köçü ilə bağlı deyil. Ötən ilin payızından etibarən Rusiya Azərbaycanda siyasi proseslərə dolayısı təsir rıçaqlarını işə salıb. Prezident Vladimir Putinin sadiq adamı Söyün Sadıqov açıq şəkildə xəbərdarlıq edir ki, bu seçkilər Azərbaycan hakimiyyəti üçün kifayət qədər mürəkkəb olacaq. Bu baxımdan da Rusiyanın Azərbaycanda təxribat törətməsi qaçılmaz deyil. Bildirildiyi ki, Rusiyadakı azərbaycanlı iş adamları çevrələrində “Putin yayda Azərbaycanda hakimiyyət dəyişikliyi hazırlayır”, məzmunlu şayiələri dolaşmaqdadır. Söhbət Moskva əllərində yaxşı iqtisadi imkanlar cəmləşdirən iş adamları çevrəsindən gedir, ancaq bu şayiələrin məğzi, planın Azərbaycanda prezident seçkilərinə təsadüf etməsidir.".

Qeyd etmək lazımdır ki, Gürcüstanda İvanişvili hökumətinin hakimiyyətə gəlməsi Rusiyanın bu “qiyamçı” Qafqaz respublikasını yenidən nəzarətə almaq şanslarını artıb. Ermənistan onsuz da Rusiyanın nəzarətindədir. Deməli, Rusiya əsas diqqəti və gücü Azərbaycana yönəldəcək. Ehtimal edilir ki, Rusiya Azərbaycana münasibətdə klassik mənada işğal əməliyyatı hazırlamır, eyni zamanda öz adamını da hakimiyyət başına gətirib ölkənin kursunu şimala doğru döndərmək niyyətindədir.

Azərbaycan rəhbərliyinin Rusiyanın bu planlarından yəqin xəbəri olmamış deyil. Ancaq əsas sual budur: Azərbaycan necə Rusiyanın bu planlarına mane ola bilər? 2008-ci ilin avqustunda Qafqazda baş verənlərin təcrübəsindən çıxış etsək - yox...

Geri qayıt