Əsas Səhifə > Siyasət, Manşet > KÖHNƏ YAP-ÇILARA QARŞI KAMPANİYA ƏYALƏTƏ KEÇİB

KÖHNƏ YAP-ÇILARA QARŞI KAMPANİYA ƏYALƏTƏ KEÇİB


8-07-2013, 09:56
KÖHNƏ YAP-ÇILARA QARŞI KAMPANİYA ƏYALƏTƏ KEÇİB
SİRAQƏDDİN CABBAROV SAATLIDA YAP-IN QAYMAQLARINI HƏDƏFƏ ALIB

DİA.AZ: - Son zamanlar hakim Yeni Azərbaycan Partiyasının köhnə üzvlərinə qarşı bir kampaniya müşahidə olunmaqdadır. Əslində illərdir gedən bu prosesdə kimlərin hansı marağı güdməsi tam olaraq aydındır. Amma DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, artıq məlum proses - yəni YAP-ın qurucularının «vurulması» prosesi artıq əyalətdə müşahidə olunmaqdadır.

Bu barədə redaksiyamızı bilgiləndirən mənbənin sözlərinə görə, YAP-çılara qarşı kampaniyanın müşahidə olunduğu rayonlardan biri Saatlıdır. Xatırladaq ki, davamlı olaraq Siraqəddin Cabbarovun yönəltdiyi Saatlı rayonundakı özbaşınalıqlarla bağlı sizləri məlumatlandırmaqdayıq.

Bu dəfə redaksiyamıza danışan mənbə bildirir ki, keçən həftə Saatlıda YAP-ın qurucularından olmuş Çingiz Fətullayev icra başçısının göstərişi əsasında polis tərəfindən həbs edilib. Qanunsuz olaraq polis bölməsində saxlanılan Çingiz Fətullayevin həbsinə izahat verən mənbə bildirir ki, o, zaman-zaman Siraqəddin Cabbarovun qanunsuz əməlləri ilə bağlı baş prokurora məktublar ünvanlayıb ki, buna görə də başçı onu tutdurub: «Polis bölməsində saxlanılan Çingiz Fətullayev təhdid olunduqdan, ifadəsi alınandan sonra sərbəst buraxılıb».

Məlumatlarda bildirilir ki, Çingiz Fətullayev eyni zamanda 62 saylı Saatlı seçki dairəsinin 5 saylı məntəqə seçki komissyasının üzvü olub və artıq başçının göstərişi əsasında da seçki komissiyasından da uzaqlaşdırılıb.

Bildirək ki, bir müddət əvvəl Siraqəddin Cabbarov Saatlıda böyük nüfuz sahibi olan YAP-çı Hacı Kamalı da 4 saylı seçki komissiyasının sədrliyindən uzaqlaşdırmışdı. Mənbə iddia edir ki, əslində müxtəlif şübhəli dairələrlə mübhəm əlaqələri olan icra başçısının bu addımları qarşıdan gələn prezident seçkiləri ərəfəsində qarışıqlığa nail olmaqdan ibarətdir: «Ola bilsin ki, bu adam kimlərinsə sifarişi əsasında Saatlını qarışdırmağı məqsəd edib. Saatlıda da İsmayıllı, Quba hadisələrinin təkrarlanmasına çalışır. Çünki rayon sosial partlayış həddindədir. Dünən başçının səyyar görüşü var idi və 250-yə yaxın insan Siraqəddin Cabbarovdan haqqını tələb etsə də, başçı görüşə yığılanların şikayətini dinləmədi. Sanki bu görüşü də simvolik keçirir. Yəni yuxarılara hesabat vermək üçün».

Mənbəmiz onu da əlavə etdi ki, artıq rayon sakinləri Siraqəddin Cabbarovun əməllərindən usanaraq Bakıya yürüş etməyi də planlaşdırırlar.

Qarşı tərəfi də dinləməyə hazırıq…

Geri qayıt