Əsas Səhifə > Güney Press / Manşet > İQTİDAR TƏHLÜKƏLİ В«PUL KİSƏLƏRİNİВ» ZƏRƏRSİZLƏŞDİRİR

İQTİDAR TƏHLÜKƏLİ В«PUL KİSƏLƏRİNİВ» ZƏRƏRSİZLƏŞDİRİR


6-07-2013, 10:48
İQTİDAR TƏHLÜKƏLİ В«PUL KİSƏLƏRİNİВ» ZƏRƏRSİZLƏŞDİRİR
DİA.AZ: - Hazırda Fransada yaşayan və inşaat biznesi ilə məşğul oldduğu iddia edilən fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru Elşad Abdullayevlə bağlı ilginc məlumatlar yayılıb. Hökumət içindəki mötəbər mənbənin DİA.AZ-a daxil olan məlumatında deyilir ki, prezident seçkiləri ərəfəsində məhz iqtidarın sütunlarının möhkəmliyinin sübutu məqsədilə artıq siyasi müxalifətdə fəal surətdə yer almış, eyni zamanda özünün maddi imkanları ilə hakimiyyət üçün kifayət qədər ciddi təhdid mənbəyi hesab olunan Elşad Abdullayevin həbsi qərarı verilib.

Mənbənin söylədikləri: В«Əslində bu həbsin gerçəkləşməsi iqtidarın seçki ərəfəsində toparlana bilməsi, məmur heyətində əminliyin yaradılması üçün zəruridir. Çünki bir yandan Rüstəm İbrahəimbəyov cinahı ilə, digər yandan Abbas Abbasovun timsalında Azərbaycana basqılarını artıran Kremllə üz-üzə qalan rəsmi Bakı üçün əlavə cəbhənin açılması heç də arzuolunan hesab olunmurВ».

Qeyd edək ki, Elşad Abdullayevin çox ciddi maliyyə imkanlarının olduğu söylənilir ki, bu pula istənilən bir inqilabı ssenariləşdirmək və həyata keçirmək mümkündür. Məhz bu səöəbdən hakimiyyət Elşad Abdullayevi təhlükəli pul qaynağı kimi zərərsizləşdirməyi düşünür.

Onu da xatırladaq ki, zaman-zaman hakimiyyətin yanında yer almış keçmiş millət vəkili Hüseyn Abdullayev də iqtidara problem yarada biləcək В«pul kisəsiВ» əhəmiyyətində olduğundan onun da həbsi ilə bağlı müəyyən tədarüklər görülməkdədir.

Geri qayıt