Əsas Səhifə > Siyasət, Manşet > SDU-DA İMTAHAN SEZONUNDAN NƏ QƏDƏR PUL YIĞILIR?

SDU-DA İMTAHAN SEZONUNDAN NƏ QƏDƏR PUL YIĞILIR?


5-07-2013, 12:05
SDU-DA İMTAHAN SEZONUNDAN NƏ QƏDƏR PUL YIĞILIR?
TƏLƏBƏLƏR ŞOK GƏLİR FAKTINI AÇIQLADI: YENİ NAZİR HARA BAXIR?

DİA.AZ: - Sumqayıt Dövlət Universitetindəki özbaşınalıqlarla bağlı mətbuatda yetərincə yazılsa da, nədənsə Misir Mərdanovun dövründə olduğu kimi, yeni təhsil naziri Mikayıl Cabbarov da Nadir Qəhrəmanov adlı rektorun nəzarətində olan bu rüşvət yuvasına əl gəzdirə bilmir və yaxud da bu qədərində səlahiyyətli deyil.

Elə DİA.AZ-a şikayət məktubu ilə müraciət edən SDU tələbələrini də narahat edən bu məqamdır. Onlar redaksiyamız vasitəsilə Mikayıl Cabbarovdan SDU-nu nə zaman xatırlayacağını soruşmaqla yanaşı, yeni rüşvət faktlarını da diqqətə çatdırıblar.

DİA.AZ-a daxil olan məlumatda deyilir: «Burada hazırda rüşvətin ən qızğın sezounudur. SDU-da 4 min tələbə, 1000 magistr təhsil alır. Yaxış oxuyanlar, qrup rəhbərləri, tapşırılanlar və s. Ən yaxşı halda bu qəbildən olan tələbələrin sayı 1000-dən çox deyil. Yerdə qalır 4000 tələbə.

Hər qrupda minimum 6 imtahan və hər imtahandan 50-150 manat arası pul istənilir. Ortalama 75 manatdan 6 x 4000 x 75 = 1 600 000 manat. Bildirək ki, bu məbləğ ancaq imtahanlardan əldə olunur. Bundan əlavə də kurs işləri, buraxılış işləri, kollakviumlar, təcrübələr və digər buk imi pulyığma bəhanələri də var».

Tələbələr bildirir ki, SDU-da bütün pullar dekanlar tərəfindən yığılır: «Sonra da tədris üzrə prorektor Ağayevə verilir. O da rektorla bölür. Qiyabi təhsildən yığılan pullar isə rektorla bu sahə üzrə prorektor Qafar Ramazanov arasında bölüşdürülür. Magistraturadan yığılan pullar isə rektora Kamal müəllimin xətti ilə çatdırılır».

Onu da bildirək ki, tələbələrin məktubunda digər istiqamətlər üzərə də pulların necə yığılması ilə bağlı ilginc faktlar açıqlanıb ki, həmin materiallarla əlaqədar DİA.AZ olaraq araşdırmalara qərar vermişik. Yaxın günlərdə geniş materialı diqqətinizə təqdim edəcəyik. Bizi izləməkdə davam edin…

Qarşı tərəfi də dinləməyə hazırıq.

Geri qayıt