Əsas Səhifə > Güney Press / Manşet > SAATLIDA İRAN AGENTURASI MEYDAN SULAYIR

SAATLIDA İRAN AGENTURASI MEYDAN SULAYIR


4-07-2013, 15:49
SAATLIDA İRAN AGENTURASI MEYDAN SULAYIR
DİA.AZ: - Siraqəddin Cabbarovun rəhbərlik etdiyi Saatlı rayonu bu gün demək olar ki, İran agenturasının istinad nöqtələrindən birinə çevrilib. Bu şok məlumatı DİA.AZ-a rayondakı qaynaqlar ötürüb.

Mənbənin iddialarından belə aydın olur ki, İranın xüsusi xidmət orqanları ilə əməkdaşlıqları şübhə doğurmayan şəxslərə maləsəf ki, yerli rayon rəhbərliyi də gözəl şərait yaradıb: В«Həmin adamlar, yəni bu gün İranla bağlılığı şübhə doğurmayan şəcslər birbaşa olaraq müxtəlif vəzifələr tutan məmurlarla əlaqəlidir və hətta birbaşa olaraq Siraqəddin Cabbarovla da isti münasibətləri varВ».

Xatırladaq ki, bütün respublika üzrə hazırda həbsdə saxlanılan Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun azadlığa buraxılması, həm də prezidentliyə namizədliyi üçün imzatoplama kampaniyası keçirildi və bu proses günü bu gün də davam etdirilməkdədir. DİA.AZ-ı bilgiləndirən mənbə bildirir ki, həmin imzaların 2400-ü Saatlı rayonunda toplanılıb:

В«Bu imzaları elə adı İran xəfiyyəsi ilə qoşa çəkilən şəxslər toplayıb. Hər halda, dövlətin müvafiq qurumlarının bu məsələyə dırnaqarası yanaşmaması lazımdır. Çünki bu işdə yerli məmurların da iştirakçı olması faktı var və əgər bu gün Saatlı kimi bir rayonda İran agenturası at oynadırsa, bundan Azərbaycan dövlətinin mühafizəsi ilə məşğul olan müvafiq qurumlar ilk növbədə narahat olmalıdırlarВ».

Məsələ ilə bağlı bütün tərəflərin mövqelərini işıqlandırmağa hazırıq. Onu da bildirək ki, yaxın vaxtlarda İran xəfiyyəsinə yardım edən Saatlı məmurlarının kimliyi barədə də dolğun bilgiləri diqqətinizə təqdim edəcəyik. Bizi izləyin...

Geri qayıt