Əsas Səhifə > Partiya > SALYAN POLİSİNİN İNADKARLIĞI

SALYAN POLİSİNİN İNADKARLIĞI


21-12-2011, 17:25
SALYAN POLİSİNİN İNADKARLIĞI

SALYAN SAKİNİ BİR AY ƏVVƏL MİTİNQDƏ İŞTİRAKA GÖRƏ HƏBS OLUNUB

Salyan rayonunun Qarabağlı kənd sakini 35 yaşlı Aqil Qasımov dekabrın 21-də polisə müqavimət göstərmək ittihamı ilə həbs olunub. O, noyabrın 18-də Qarabağlı kəndinə qaz verilməsinin bərpası tələbi ilə keçirilən etiraz aksiyası zamanı polis inspektoru Elşən Yusifova zərbə vurmaqda ittiham olunur.

Maraqlıdır ki, bir ay əvvəl polis artıq Qasımovu saxlamışdı. Lakin yerli sakinlərin etirazlarından sonra o, azad edilmişdi. Dekabrın 21-də Qasımov yenidən saxlanıldı və polis onun barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçdi.

Bu barədə Turana məlumat verən yerli “Demokratiyaya yardım” QHT-nin rəhbəri Emil Məmmədov həbsin əsassız olduğunu bildirib. İstintaq Qasımovun əvvəllər mühakimə olunmadığını, habelə üç azyaşlı övladı olduğunu diqqətə almalı idi. Məhkum özü Şirvan şəhərinin bazarında göyərti satmaqla çörəkpulu qazanırdı.

Qasımov irəli sürülmüş ittihamı təkzib edir. Yerli sakinlər Qasımovun həbsindən qəzəbləniblər və hesab edirlər ki, o, digər vətəndaşların öz hüquqlarını müdafiə etməməsi üçün onları qorxutmaq məqsədilə təqib olunur.

Məmmədovun dediyinə görə, dekabrın 23-də iş materialları Salyan rayon məhkəməsinə göndəriləcək. Qasımovun vəkili yoxdur ki, bu da onu təcrübəli müdafiədən məhrum edir. bölgədə müstəqil vəkil yoxdur, Qasımovun ailəsinin isə təcrübəli vəkil tutmaq üçün vəsaiti yoxdur. Təqsiri sübuta yetirilərsə, Qasımov 3 ilədək azadlıqdan məhrum edilə bilər.

* Noyabrın 18-də Qarabağlı kənd sakinləri qaz verilməsinin dayandırılmasına etiraz əlaməti olaraq Salyan-Şirvan avtomobil yolunu bağlamışdılar. İki həftə sonra kəndin bir hissəsinə qaz verilməsi bərpa olundu və ən qısa gələcəkdə digər sakinlərin qazla təmin edilməsi üçün yeni qaz kəməri qolunun istismara veriləcəyi vəd olunub.


Geri qayıt