Əsas Səhifə > Sosial, Manşet > AĞSUDA BIÇAQ SÜMÜYƏ DİRƏNİB: ÜSYAN QAPIDADIR

AĞSUDA BIÇAQ SÜMÜYƏ DİRƏNİB: ÜSYAN QAPIDADIR


4-07-2013, 12:58
AĞSUDA BIÇAQ SÜMÜYƏ DİRƏNİB: ÜSYAN QAPIDADIR
SƏSLƏRİ EŞİDİLMƏYƏN SAKİNLƏR İCRA BAŞÇISININ ZÜLMÜNDƏN DAD DEYİR

DİA.AZ: - Ağsu rayonunu uzun illərdir əsarətində saxlayan icra başçısı Ənvər Seyidəliyevin zülmünə dözməyən rayon sakinləri nəhayət ayağa qalxmaq qərarı veriblər. DİA.AZ xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Həmin məlumatda deyilir ki, aksiya bu gün rayonun mərkəzində keçiriləcək. Əsas tələb isə rayondakı dəhşətli vəziyyət, işsizlik, korrupsiya və digər iqtisadi məsələlərlə bağlı olacaq. Həmçinin etirazçılar icra başçısı Ənvər Seyidəliyevin istefa verməsini tələb edəcəklər.

Qeyd edək ki, Ağsu rayonu bir nəsil tərəfindən idarə olunur. DSMF sədri Səlim Müslümovun qohum-əqrabasından ibarət yerli məmur ordusu insanlara qan uddururlar. Dövlət büdcəsinin pullarını dədə malı kimi mənimsəyən, bütün gəlirli yerləri ələ keçirən Müslümovlar və Seyidəliyevlər bu gün də iddialarını davam etdirirlər.

Qeyd edək ki, rayonda ən böyük korrupsiya mənbəyi isə tratuarların və parklarla yol kənarlarına vurulan üzlük daşlarla bağlıdır. DİA.AZ-a rayondakı qaynaqlardan verilən məlumata görə, Ənvər Seyidəliyev öz yaxın adamına daş sexi yaratdıraraq, onun əliylə büdcə pullarını mənimsəməklə məşğuldur. Belə ki, daş sexində emal olunan məhsul sənədləşdirmədə olduqca baha qiymətə yazdırılır və maya dəyəri çıxarıldıqdan sonra böyük mənfəəti icra başçısı Ənvər Seyidəliyevin cibinə gedir.

Geri qayıt