Əsas Səhifə > Siyasət, Manşet > SALYAN AVTOVAĞZALINDA QEYRİ-ADİ OLAYLAR
SALYAN AVTOVAĞZALINDA QEYRİ-ADİ OLAYLAR4-07-2013, 10:46 |
AVTOBUS DAYANACAĞI BAZARA, GÖZLƏMƏ ZALI İSƏ ŞADLIQ EVİNƏ DÖNÜŞÜB DİA.AZ: - Redaeksiyamıza Salyan rayon sakinləri adından müraciət daxil olub. Narazı vətəndaşlar rayonda fəaliyyət göstərən Avtovağzaldakı durumdan, özbaşınalıqdan giley-güzar edirlər. Sakinlərin DİA.AZ-a göndərdiyi müraciətlərdən aydın olur ki, əslində bu gün Avtovağzal faktiki olaraq həm də bazar kimi fəaliyyət göstərir. Halbuki Salyanda Kolxoz Bazarı var. Amma Avtovağzal həm alıcılar və həm də satıcılar üçün daha əlverişli və cəlbedici məkana çevrilib. Buna səbəbsə Avtovağzal rəhbərliyinin yaratdığı özbaşına şəraitdir. Yəni normalda Kolxoz Bazarında nəzərdə tutulan qayda-qanunun «Avtovağzal bazarı»nda olmaması satıcıların işinə yarayır. Təbii ki, bu da özbaşınalığın nəticəsi kimi qəbul olunmalıdır. Onu da bildirək ki, bu məsələni araşdırmaq üçün DİA.AZ əməkdaşları Salyanda olublar və aydın olur ki, həqiqətən də durum təsvir olunduğu kimidir. Avtovağzalda şıdırğı alver gedir. Sakinlərin redaksiyamıza bildirdiklərindən aydın olur ki, bütün bu işlərin arxasında vağzalın müdiri Nurəddin Məlikov dayanır. Öyrəndik ki, arxasında məşhur İbrahimov qardaşlarının gücünü hiss edən Nurəddin Məlikov hətta icra başçısı Tahir Kərimovun mövqeyini də qulaqardına vurur. Nurəddin Məlikova gəlincə isə, maşallah olsun, adamın helikopterdən başqa hər şeyi var. Bunu da Salyan sakinləri əməkdaşımızla söhbətlərində bildirirlər. Vətəndaşlar qeyd edir ki, Avtovağzalın bu gün bazara çevrilməsi səbəbindən köhnə Kolxoz Bazarı da fəaliyyətsiz durumdadır. Gün ərzində bazar biznesindən 5-10 min manat qazanc əldə etdiyi iddia olunan Nurəddin Məlikovun hətta nəqliyyat nazirliyində də özünə himayədar tapdığı söylənilir. Yəni başçı Avtovağzal müdirindən nazirliyə şikayət etsə də, bir faydası olmur. Ən maraqlısı isə odur ki, Nurəddin Məlikov Avtovağzalda avtobusların dayanacağı üçün nəzərdə tutulan ərazini bazara çevirdiyi kimi, vağzalın gözləmə zalını da şadlıq evinə çevirib. Bildirək ki, məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Əməkdaşlarımızın daha geniş reportajı isə yaxın vaxtlarda təqdim olunacaq. Bizi izləyin… Geri qayıt |