Əsas Səhifə > Siyasət, Manşet > KEÇMİŞ ABU REKTORU ALI QOCAYEVİN SİRRİNİ AÇACAQ
KEÇMİŞ ABU REKTORU ALI QOCAYEVİN SİRRİNİ AÇACAQ3-07-2013, 13:21 |
OQTAY ƏSƏDOVUN QUDASI, BELƏ GETSƏ, SAMUXDA DA DİNCLİK TAPMAYACAQ DİA.AZ: - Yerli mətbuatda bir müddət əvvəl Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevin və Bakının Binəqədi rayonunun sabiq prokuroru Mirələkbər Seyidovun fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev qalmaqalında adlarının hallandırılmasına dair müəyyən materiallar dərc olunmuşdu. Bununla bağlı DİA.AZ-a da təqdim olunan materiallarda bildirilirdi ki, adları çəkilən bu iki şəxsin E.Abdullayevə etdikləri təklifə əsasən, Gülər Əhmədova “namizədin seçilməsinə yuxarı dairələrin razılığını” almalı, bu yüksək çinli məmurlar isə Binəqədinin müvafiq seçki komissiyasında məsələni həll etməli idilər. Mənbə belə bir məqamı da xüsusi olaraq vurğulaymışdı ki, “işin” əsas ağırlığı məhz Alı Qocayevin üzərində olmalı idi. Sabiq prokuror isə “namizədi” başçıya təqdim etmək funksiyasını icra etmişdi. Məlumatda qeyd olunurdu ki, tərəflər razılığa gəlindikdən sonra E.Abdullayev aldığı vədlərin müqabilində qarşı tərəfə bir “diplomat” çantası dolu pul verib. Lakin, Elşad Abdullayev “əməliyyatının” fiaskoya uğramasından sonra Alı Qocayev bəxtsiz namizəddən alınan pulları son qəpiyinə qədər geri qaytarıb. Beləliklə də insident geniş ictimaiyyətin diqqətini çəkmədən “həll olunub”. Lakin məhz rayondakı Heydər Əliyev adına parkda təmir-bərpa işlərinin həyata keçirilməsi zamanı A.Qocayev nədənsə öz dürüstlüyüny nümayiş etdirə bilməyib. DİA.AZ-a daxil olan məlumatlarda bildirilir ki, bu məasədlər üçün Binəqədi RİH-nin sabiq başçısı özəl banklardan birindən 4 milyon manat kredit götürüb. Lakin götürülən pullar sonradan məlum olmayan məqsədlər üçün xərclənib. Başlanan işlər yarımçıq qalsa da 4 milyon manatdan xəbər yoxdur. Məlumatlara görə, bununla bağlı Alı Qocayev hətta izahat verməli olub və o, sona qədər iddia edib ki, pulları Heydər Əliyev parkı üçün xərcləyib. Bununla belə, olayla bağlı yayılan son məlumatlar Alı Qocyaevə qarşı irəli sürülən ittihamların əslində həqiqət olduğunu üzə çıxarmışdı. Mənbələr bildirmişdi ki, həmin pullardan sorumlu tutulan Alı Qocayevə hətta vəsaitin geri qaytarılması üçün vaxt da verilib. Bundan az sonra isə Samuxdakı mənbələr xəbər vermişdilər ki, Alı Qacayev külli miqdarda borcunun olmasını hətta yerli məmurlara da etiraf edib. Elşad Abdullayev qalmaqalına gəlincə isə, A.Qocayev kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrində ona qarşı irəli sürülən bütün ittihamları təkzib etməkdə davam edir. Belə ki, bu ilin fevral ayında APA-nın sorğusunu cavablandıran Alı Qocayev qeyd edib ki, E.Abdullayevin onunla bağlı mətbuata ötürdüyü məlumatlar həqiqətə uyğun deyil: “Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev müxtəlif kütləvi informasiya vasitələrində guya mənim ona çatdırılması üçün köməkçim vasitəsilə pul əvəzi olaraq kağız parçaları göndərdiyim, köməkçimlə birlikdə Elşad Abdullayevin görüşünə gələn şəxslərin ona zorakılıq tətbiq etmələri, Elşad Abdullayevə çemodanda pul göndərməyim barədə heç bir hüquqi əsası olmayan, yalan və böhtan xarakterli məlumatları yayaraq içtimaiyyət qarşısında yenidən özünü gündəmə gətirməyə cəhd edib”. A.Qocayev qeyd edib ki, E. Abdullayevlə heç vaxt yaxın əlaqələri olmayıb: “Ümumiyyətlə, mənim Elşad Abdullayevlə heç bir qohumluq əlaqəm də yoxdur. Elşad Abdullayevin kütləvi informasiya vasitələrində mənim barəmdə həqiqətə uyğun olmayan, böhtan xarakterli məlumatlar yaymasının səbəbini isə onun Binəqədi rayonundan deputatlığa namizəmliyini verməklə seçilmədiyindən mənim həmin dövrdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işlədiyimi əsas götürərək gündəmə gəlməsi üçün özündən uydurma hadisələr düzüb qoşması kimi qiymətləndirirəm”. Lakin mənbələr Alı Qocayevin E.Abdullayevlə kifayət qədər sıx əlaqələrinin olmasını DİA.AZ-a israrla təsdiqləməkdədirlər. Bu iddiaların isbatı olaraq isə belə bir məlumat diqqət mərkəzinə çəkilir ki, Binəqədi rayonu ərazisində yerləşən Bakı Tennis Akademiyasını da Alı Qocayev qudası Oqtay Əsədovun sifarişi ilə məhz Elşad Abdullayevə tikdirtmişdir. Həmçinin məlumatlarda bu da qeyd olunur ki, göstərdiyi “xidmətlərin” müqabilində Oqtay Əsədov öz qohumuna bir müddət Samuxda “gözləməyi” tövsiyyə edərək, məlum söz-söhbətlər səngidikdən sonra onu Bakı şəhərinə mer, yəni Hacıbala Abutalıbovun yerinə təyin etdirəcəyinə vəd vermişdir. Digər tərəfdən isə Alı Qocayevin Samux RİH-nin başçısı kimi göstərdiyi fəaliyyəti də problemlərsiz ötüşmür. DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, bu günlərdə Elşad Abdullayev Alı Qocayevlə pozulan əlaqələrini sübuta yetirən yeni videofaktları təqdim edəcək. Yəqin ki, bundan sonra Samux şefinin istefaya göndərilmə zərurətinin yaranacağı da istisna deyil. Geri qayıt |