Əsas Səhifə > Hadisə, Manşet > AZƏRBAYCAN BAŞ NAZİRSİZ QALIR

AZƏRBAYCAN BAŞ NAZİRSİZ QALIR


21-12-2011, 15:51
AZƏRBAYCAN BAŞ NAZİRSİZ QALIR

ARTUR RƏSİZADƏ SƏHHƏTİNƏ GÖRƏ BİR AY İŞƏ ÇIXMAYA BİLƏR

DİA.AZ: - Heç bir hakimiyyətiçi qruplaşmaya qoşulmayan və bu səbəbdən də «dişsiz məmurlardan» hesab olunan Azərbaycanın baş naziri Artur Rəsizadənin səhhətində problemlər yaranıb. Bu barədə «Dünya» İnformasiya Agentliyinə Nazirlər Kabinetindəki qaynaqlardan məlumat ötürülüb.

Mötəbər mənbənin bildirdiyinə görə, Artur Rəsizadə uzun müddətdir ki, göz xəstəliyindən əzab çəkir: «Bir neçə dəfə onun hətta korlaşma təhlükəsi ilə üz-üzə qalma problemi də olub. Lakin daimə baş nazirin sağlıq durumunu nəzarət altında saxlayan yəhudi həkimləri Artur Rəsizadəni bu təhlükədən qurtarıblar».

Xatırladaq ki, 2003-cü ildə artur Rəsizadə məhz gözlərindəki problemlərə görə vəzifədən getdiyini bəyan etmişdi və həmin ərəfədə onun yerinə İlham Əliyev baş nazir təyin olundu. Lakin İlham Əiyev prezident seçiləndən sonra yenidən Artur Rəsizadə baş nazirliyə qayıtdı.

Doğrudur, həmin zaman müxalif qüvvələr və yerli mətbuat Artur Rəsizadənin baş nazir postundan gedişini siyasi səbəblə əlaqələndirdilər. Amma baş nazirin gözlərində cidi problemin olması fakt idi.

Bu gün isə həmin problem yenidən Artur Rəsizadənin iş qabiliyyətinə birbaşa olaraq mənfi təsir göstərir. Bu barədə redaksiyamızı bilgiləndirən mənbə iddia edir ki, həkimləri Artur Rəsizadəyə bir aylıq məcburi müalicə yazıblar: «Əgər bu müalicə aparılmasa, baş nazirin gözləri birdəfəlik olaraq tutula bilər. Ona görə də Artur Rəsizadə artıq müalicəyə getmə niyyətini ölkə başçısının diqqətinə çatdırıb və ona müsbət cavab verilib. Sadəcə olaraq baş nazirin hansı ərəfədə müalicə üçün məzuniyyətə çıxacağı qətiləşməyib».

Mənbə bildirir ki, Artur Rəsizadənin gözlərində əməliyyat da keçirilməlidir: «Bu əməliyyatdan sonra isə bir aylıq xəstəxana şəraitinə ehtiyac var. Ona görə də Rəsizadənin məzuniyyəti məcburidir».


Geri qayıt