Əsas Səhifə > Gündəm, Manşet > SƏLİM MÜSLÜMOVUN ELMİ ADI SAXTA ÇIXDI

SƏLİM MÜSLÜMOVUN ELMİ ADI SAXTA ÇIXDI


3-07-2013, 12:10
SƏLİM MÜSLÜMOVUN ELMİ ADI SAXTA ÇIXDI
FOND RƏHBƏRİNİN MÜDAFİƏ ETDİYİ ELMİ İŞ SƏN DEMƏ, OĞURLUQ İMİŞ...

DİA.AZ: - 2006-ci ildə Rusiyanın Kazan şəhərində doktorluq disertasiyası müdafiə edən və bu "titula" sahiblənən Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümovun Pensiya Sığorta Sistemində Mühasibat uçotu, Təhlil və Audit İslahatları elmi işi sən demə plaqiat imiş.

DİA.AZ bildirir ki, bu barədə 30gun.az xəbər yayıb. Portala daxil olan məlumatlarda bildirilir ki, Səlim Müslümovun doktorluq desertasiyası Rusiya Federasiyasının Maliyyə Nazirliyində, Dövlət Maliyyə Nəzarəti, audit və mühasibat şöbəsinin direktoru, iqtisadiyyat elmləri doktoru, professor Leonid Shneidmanın elmi işinin plagiatıdır. Səlim Müslümov elmi işinin plagiat olduğunu yaxşı bildiyindən http://leb.nlr.ru/edoc/179285/ ünvanında yerləşdirilmiş disertasiyasına müəllif hüquqları qorunur adı altında baxmağa yasaq qoydurub.

Yaxın günlərdə Səlim Müslümovun və plagiyatlıqla digər elmlər doktoru adına sahiblənmiş azərbaycanlı məmurların elmi işləri barədə yazı dərc edəcəyik. Məlumat üçün qeyd edək ki, Prezident yanında Ali Attestasiya Komissiyasının rəhbəri Arif Mehdiyevin plagiat dissertasiya və saxta elmi işlərin verilməsində onun daha çox adı hallanır. Bundan əlavə redaksiyamıza Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin də elmi işinin plagiat olduğu barədə məlumatlar daxil olub.

Məsələ ilə bağlı qarşı tərəfi dinləməyə hazırıq.

Araşdırmamız davam edir. Bizi izləyin...

Geri qayıt