Əsas Səhifə > Cəmiyyət > AZƏRBAYCANDA KARDİNAL DƏYİŞİKLİYİN ZAMANIDIR

AZƏRBAYCANDA KARDİNAL DƏYİŞİKLİYİN ZAMANIDIR


21-12-2011, 14:32
AZƏRBAYCANDA KARDİNAL DƏYİŞİKLİYİN ZAMANIDIR

ZİYALILAR FORUMU BU QƏNAƏTDƏDİR

Ötən gün Azad Fikir Universiteti təşkilatının təşəbbüsü ilə Ziyalılar Forumunun fəallarının dinləyicilərlə görüşü olub.

Forumun rəhbəri, politoloq Eldar Namazov bildirib ki, mədəniyyətin - siyasi, hüquqi, sosial, hətta ünsiyyət - böhranı göz qabağındadır.

Gənclərin böyük hissəsi müasir dövrün tanınmış yazıçılarını tanımır. Ancaq “şadlıq saraylarının” yerlərini, yerli, regional və dünya şou-biznes nümayəndələrinin adlarını əzbər bilirlər.

“Dəyişikliklərin hərəkətverici qüvvəsi ola biləcək gənclərlə birbaşa ünsiyyət zərurəti yetişib, ziyalılar isə öz bilik, bacarıq və cəmiyyətdə qabaqcıl islahatlar metodologiyası ilə onlara yardım göstərməyə hazırdır”, - qeyd edib.

Professor Rafiq Əliyev hesab edir ki, ictimai həyatın bütün sahələrində islahatların vacibliyi adi gözlə görünür. Onun sözlərinə görə, Ziyalılar Forumu bu və ya digər halda hakimiyyət üçün “yad olanlar”ın siyahısına düşən fəal alim və yazıçılardan ibarədir. Hökumət yalançı müxalifətçiliyə loyal yanaşır, lakin Allah tərəfindən insana verilmiş sərbəst düşüncəyə dözmür.

Fəaliyyət göstərdiyi iki il müddətində Ziyalılar Forumunun bir neçə təşəbbüsü həyata keçirilib – blogerlər Adnan Hacızadə və Emin Millinin, jurnalist Eynulla Fətullayevin həbsdən azad olunması ilə bağlı dövlət başçısına müraciəti, eks-prezidentlər haqqında qanunun parlamentə təqdim olunması.

Bu gün gündəlikdə 2 aprel kütləvi aksiyasının fəallarının və məktəbə hicabda gələnləri müdafiə edənlərin həbsdən azad edilməsi durur.

Milli birlik – konsensus haqqında məsələnin həlli zamanı yetişib. Bu gün cəmiyyət başa düşür ki, belə yaşamaq olmaz, müqəddəs yazılarda əsası qoyulan ümumbəşəri dəyərlərə qayıtmaq lazımdır.

* Ziyalılar Forumu ölkə həyatının bütün sahələrində islahatlara tərəfdar olan ziyalıların fəal təmsilçilərini birləşdirən ictimai qurumdur.


Geri qayıt