Əsas Səhifə > Güney Press / Manşet > SURƏT HÜSEYNOV DA MİLLİ ŞURAYA DƏSTƏK VERDİ

SURƏT HÜSEYNOV DA MİLLİ ŞURAYA DƏSTƏK VERDİ


2-07-2013, 16:37
SURƏT HÜSEYNOV DA MİLLİ ŞURAYA DƏSTƏK VERDİ
DİA.AZ: - Məlum olduğu kimi, bu gün müxalifətin əsər təşkilatlarının cəmləşdiyi Milli Şura özünün vahid namizədinit elan edib. Qarşıdan gələn prezident seçkilərində tanınmış kinorejissor Rüstəm İbrahəimbəyovun namizədliyi ilə iştirak edəcəyini bəyan edən Milli Şuranın bu qərarına Gəncədən də reaksiya gəlib.

Hazırda Gəncə şəhərində yaşayan, Azərbaycanın keçmiş baş naziri Surət Hüseynovun adından DİA.AZ-a telefon açan Murad Eyvazov bildirdi ki, keçmiş baş nazir də Milli Şuranın bu qərarını alqışlayır və eyni zamanda Surət Hüseynov qarşıdan gələn prezident seçkilərində Rüstəm İbrahəimbəyovun qələbəsi üçün əlindən gələn köməkliyi etməyə hazırdır.

Onu da bildirək ki, yerli KİV-lərdə Surət Hüseynovun böyük siyasətə yenidən qayıdacağı haqda zaman-zaman mütəlif informasiyalar yayılıb.

Geri qayıt