Əsas Səhifə > Hadisə > GÖYÇAYDA “OBLAVA”

GÖYÇAYDA “OBLAVA”


21-12-2011, 12:55
GÖYÇAYDA “OBLAVA”

SATIŞDAN KÜLLİ MİQDARDA PARTLAYICI OYUNCAQLAR YIĞIŞDIRILIB

Göyçay rayon polis şöbəsinin əməkdaşları ticarət mərkəzlərindən külli miqdarda partlayıcı oyuncaqlar götürüblər.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Göyçay rayonu ərazisindəki ticarət obyektlərindən yüksək səsyayıcı qabiliyyətə malik olan 15 min 406 ədəd partlayıcı oyuncaqlar qanunsuz dövriyyədən çıxarılıb.

Qeyd edək ki, Yeni il bayramı ərəfəsində pirotexniki məmulatlar və tez alışan maddələrin qanunsuz dövriyyəsinin qarşısını almaq məqsədilə Daxili İşlər Nazirliyinin rəhbərliyi göstəriş verib.

Göstəriş bütün polis orqanlarına, o cümlədən Bakı şəhərinin rayon polis idarələrinə, Çevik Polis Alayına göndərilib.

Göstərişdə belə pirotexniki məmulatların istifadə olunması hallarının qarşısının alınması üçün polis orqanları tərəfindən təxirəsalınmaz tədbirlərin görülməsi tələb olunur.


Geri qayıt