Əsas Səhifə > Siyasət, Manşet > İCRA BAŞÇISI OBYEKTLƏRİNİ SATA BİLİB

İCRA BAŞÇISI OBYEKTLƏRİNİ SATA BİLİB


2-07-2013, 10:18
İCRA BAŞÇISI OBYEKTLƏRİNİ SATA BİLİB
ŞƏMSƏDDİN XANBABAYEVİN MÜLKÜNƏ GÖMRÜK İŞÇİSİ MÜŞTƏRİ ÇIXIB

DİA.AZ: - Neçə müddət barəsində mətbuatda olduqca ciddi faktlar yayılsa da, hələ də ona «gözün üstündə qaşın var» deyən tapılmır. Söhbət Xaçmaz rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevdən gedir.

DİA.AZ bildirir ki, nə zamandır yerli mətbuat ondan yazsa da, onu əndişələndirilən mətbuatın ifşa etdiyi ciddi faktlar yox, qəzetlərdə, saytlarda yazıların yanında onun əvəzinə başqa birisinin şəklinin verilməməsidir. Yəni ən yaxşı halda adam «yazırlar, yazsınlar, amma mənim şəklimi qoysunlar» deyərək reaksiyasını bildirib. Yəni bu qədər əmindir.

Əslində onun Xaçmazda kifayət qədər yeniliklər etməsi də faktdır. Ən azından digər rayon rəhbərləri ilə müqayisədə bir qədər az yeyərək Xaçmazın abadlığına da nəzər salması faktdır. Amma kifayət qədər narazılıqlar da var ki, bunların fonunda illərdir Xaçmazda xanədan quraraq, istədiklərini etməkdə olan Şəmsəddin Xanbabayev yola salınmalı idi.

Elə bu barədə DİA.AZ-a danışan məlumatlı mənbələr də bildirir ki, Şəmsəddin Xanbabayev tipli məmurlar, icra başçıları yetərincədir: «Onlar əslində hakimiyyətin müəyyən şəbəkələri ilə çox yaxın münasibətdə, qohumlaşmış durumda olduqlarından postlarında və yaxud da karyeralarında bir növ əbədilik qazanıblar. Kifayət qədər yaşı olan Şəmsəddin Xanbabayevə gəlincə isə, bu adamın görəvdən alınması seçkidən sonra baş verəcək. Çünki bunu onun özü istəyib».

Xatırladaq ki, bir müddət əvvəl yerli KİV-lərdə Şəmsəddin Xanbabayevin obyektlərini satışa çıxarması barədə informasiyalar yayılmışdı. DİA.AZ-a daxil olan məlumatlara görə, artıq onun obyektlərinə müştəri tapılıb: «Gömrük orqanlarında yüksək vəzifə tutan şəxslərdən biri ira başçısının obyektlərini satın alıb».

Elə bu faktın özü də yenilməz Şəmsəddin Xanbabayevin gedişindən xəbər verməkdədir.

Geri qayıt