Əsas Səhifə > Gündəm, Manşet > RAMİZ MEHDİYEVƏ QARŞI CİDDİ FAKTLAR ÇIXARILIB
RAMİZ MEHDİYEVƏ QARŞI CİDDİ FAKTLAR ÇIXARILIB1-07-2013, 14:40 |
YA PA ŞEFİ İSTEFAYA GÖNDƏRİLMƏLİDİR, YA DA ONUN İMİCİ MÖHKƏMLƏNİR DİA.AZ: - Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin istefası məsələsi yenidən gündəmə daşınıb. Bu barədə DİA.AZ-a xəbər verən hökumət içindəki bilgili qaynaq bildirir ki, PA şefinin istefasını bu günə qədər ona qarşı fəaliyyətdə olan qüvvələr tələb edir. Və ortada çox ciddi nədənlər var. Mənbə iddia edir ki, həmin qüvvələr Ramiz Mehdiyevin Rusiya ilə əlaqələrini, eyni zamanda Azərbaycan müxalifəti ilə mütəmadi olaraq göstərdiyi fəaliyyəti sübutlayan dəlilləri ortaya qoymaqla yanaşı, həmçinin PA şefinin bu siyasətdə ümumiqtidar maraqlarını təhlükə altına atan fəaliyyətdə bulunmasını da sübuta yetiriblər: «Ortada çox ciddi faktlar var. Aydın olur ki, müxalifət adına yaranan birliklərdə Ramiz Mehdiyev nəinki maraqlı tərəf kimi çıxış edib, hətta təhrikçi, maliyyə ayıran tərəf olaraq ümumiqtidar maraqları üçün çox ciddi təhlükələr yaradıb. Burada başlıca maraq isə PA şefinin Kremldən gələn təlimatlara uycun prosesə varılmasından ibarət olub». Mənbəmiz bildirir ki, əgər bu faktlar yetərli olarsa, o zaman Ramiz Mehdiyev istefaya göndəriləcək: «Vəziyyət bu qədər ciddi və Ramiz Mehdiyev üçün bu qədər vahimdir. Əgər bu proses də PA şefinin xeyrinə bitərsə, o zaman onun yenilməz obrazı sözün tam mənasında çizilmiş olacaq». Onu da qeyd edək ki, Ramiz Mehdiyevə qarşı fəaliyyətlərdən biri kimi diqqətə gələn keçmiş ABU rektoru Elşad Abdullayevin yaratdığı ajiotaj demək olar ki, gündəm üçün maraqlı hesab olunmur və bu hal da Mehdiyevin nailiyyəti kimi qəbul edilməkdədir. Və elə bu səbəbdən rəqibləri PA şefinə qarşı daha ciddi alibiləri ortaya qoyublar. Geri qayıt |