Əsas Səhifə > Sosial, Manşet > İTV ƏMƏKDAŞLARINA İKİQAT MƏNZİL «ZƏRBƏSİ»

İTV ƏMƏKDAŞLARINA İKİQAT MƏNZİL «ZƏRBƏSİ»


1-07-2013, 14:17
İTV ƏMƏKDAŞLARINA İKİQAT MƏNZİL «ZƏRBƏSİ»
TELEKANAL İŞÇİLƏRİ JURNALİSTLƏRİN BİNASINDAN GÖZLƏRİNİ ÇƏKMƏLİDİR

DİA.AZ: - İyunun 22-də təntənəli şəkildə jurnalistlərə mənzillərin verilməsi mərasimi keçirilməsi gözlənilir. Lakin bəlli olub ki, digər KİV-lərdən fərqli olaraq, İctimai Televiziya və Radio Yayım Şirkətinin əməkdaşları jurnalistlər üçün tikilmiş binadan mənzil ala bilməyəcəklər. İTV-dəki jurnalistlər keçmiş direktor İsmayıl Ömərovun «mənzil layihəsi»nin qurbanı olublar.

DİA.AZ-a daxil olan məlumatlarda deyilir ki, jurnalistləri «evlə təmin etmək» adı altında İTV-nin ərazisində 224 mənzilli bina tikilib. Amma mənzillərin çoxu elə əvvəlcədən yüksək məbləğ (1 kvadrat metri təxminən 700-800 manat) müqabilində kənar şəxslərə satılıb. 20-dən çox mənzil isə (1 kv.metri təxminən 480 manatdan) əməkdaşlara təklif edilib. Lakin bu məbləği ödəyə bilmədiklərindən İTV əməkdaşlarının əksəriyyəti mənzildən imtina edib. Nəticədə, həmin mənzillər də əvvəlki üsulla, yəni yüksək qiymət müqabilində kənar şəxslərə satılıb.

Beləliklə, mənzillərin «adı» İTV-çilərin, «dadı» başqalarının olub. KİV-ə Dəstək Fondu isə hesab edir ki, İTV-çilər yaşayış binası ilə təmin olunublar və onlara jurnalistlər üçün tikilmiş binada mənzil verilə bilməz.



Geri qayıt