Əsas Səhifə > Gündəm, Manşet > SALYANDA FERMERLƏRƏ NECƏ FIRILDAQ GƏLİNİB?

SALYANDA FERMERLƏRƏ NECƏ FIRILDAQ GƏLİNİB?


1-07-2013, 13:59
SALYANDA FERMERLƏRƏ NECƏ FIRILDAQ GƏLİNİB?
“NURGÜN AQRO” KİMİN ƏMİSİ OĞLUDUR – NAÇAR FERMERLƏR NARAZILIQ EDİR

DİA.AZ: - İl yarım bundan öncə Salyanın Kürqaraqaşlı kəndində kolxoz dövründən qalma fermanı "Nurgün aqro" şirkəti alıb. Bu müəssisənin əraziyə təşrif buyurmasını o zamanlar yerli əhali birmənalı qarşılamamışdı. Həmən dövrdə cavabdehlər sakinləri sakitləşdirmək üçün bildirilmişdi ki, şirkətin burda olmasından ilk öncə yem istehsal edən fermerlər bəhrələnəcək, yəni onlar üçün bazar açılır. İkincisi də, bunun hesabına rayonda fəaliyyətini dayandıran süd emalı zavodu işə başlayacaq, yerli əhalini işlə təmin edəcək.

Təssüf ki, deyilənlər olmadı.

Fəaliyətə başlayan şirkət yetkililəri ilk öncə yerli bələdiyyə ilə gizli sövdələşməyə gedib, əhaliyə məxsus örüş yerlərini və digər kateqoriyadan olan torpaq sahələrini ələ keçirdilər. Yerli əhalinin şəxsi təsərüfatlarında saxladıqları heyvanların ümumi istifadədə olan əraziyə girişini məhdudlaşdırdılar. Ardınca yonca biçini vaxtı başqa alıcıları ərazidən məqsədli şəkildə uzaqlaşdırdılıar ki, guya sifarişçi bu şirkətdir, yemi özləri alacaq. Amma vədə yetişəndə qiyməti aşağı salmaq üçün müxtəlif bəhanələr edib, əhalinin tədarük etdiyi yem bitkilərini almadılar . Hətta başqa rayondan 3-4 maşın yem almaqla qiyməti məqsədli şəkildə aşağı endirdilər.

Cəmi 6-7 ay işlədiləndən sonra zərərə getməsi bildirilərək süd zavodu da fəaliyyətini dayandırdı.

Qeyd edək ki şirkət ferma ərazisində xeyli tikinti işləri aparıb, indi də orada fəaliyyətini davam etdirir. Burada çalışan işçilərin əmək hüquqları kobud şəkildə pozulur. Onlarla əmək müqaviləsi bağlanmayıb, sosial sığortaya cəlb edilməyib. Elə fermanın özündə çalışanların əksəriyətinə günəmuzd qaydada haqq ödənilir, onların adları heç bir sənəddə keçmir. Bir sözlə, ciddi maliyyə maxinasiyaları, vergidən yayınma və s. müxtəlif qanunsuzluqlar movcuddur. Hətta yaxın zamanlarda adı bəlli olan işçilərdən biri iş vaxtı qəza nəticəsində xəsarət alıb, lakin bu fakt gizlədildiyi üçün ona heç bir kompensasiya ödənilməyib.

Baş verənlərlə əlaqədar şirkət yetkililərindən mövqe öyrənməyə cəhd etdik. Bildirildi ki, kommersiya sirri olduğundan biz mətbuata açıqlama verə bilmərik. Ümid edirik ki, bu yazıdan sonra adiyəti qurumlar Şirkətdə baş verənlərlə maraqlanacaq. infom.az

Geri qayıt