Əsas Səhifə > Güney Press > "KƏMALƏ BƏNƏNYARLIYA BÖHTAN ATANLAR CƏZALANDIRILACAQ"
"KƏMALƏ BƏNƏNYARLIYA BÖHTAN ATANLAR CƏZALANDIRILACAQ"28-06-2013, 18:09 |
![]() İyunun 27-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Kəmalə Bənəniyarlı sosial şəbəkədə həmin qurumda təmsil olunanların ona böhtan atdığını və bunun üçün partiyadan uzaqlaşdığını yazdı. AXCP sədrinin müavini Asəf Quliyev hafta.az-a açıqlamasında bu məsələyə münasibət bildirib. A.Quliyevin sözlərinə görə, K.Bənəniyarlıya böhtan atan şəxslər cəzalandırılacaq: “Bu cür məsələləri həll etmək üçün partiyanın Nəzarət Təftiş Komissiyası var. Onlar Kəmalə xanımla danışıb, bu məsələni müzakirə etməlidirlər. Öncə belə hallar facebook-da yazmaqla həll olunmur, rəsmi şəkildə müraciət edilməlidir. Bundan sonra bu məsələ araşdırılacaq. Əgər həqiqətən Kəmalə xanıma böhtan atılıbsa, kim olur-olsun həmin adam cəzalandırılacaq”. Sədr müavini üzvün partiyadan istefa verməsi xəbərini də aydınlaşdırıb: “Hər bir partiya üzvünün partiyada qalıb-qalmaması öz fikridir. Biz hər hansı şəxsə partiyada qal, yaxud qalma deyə bilmərik. Amma onun partiyadan getməsi xoş qarşılanmır. Biz özü ilə görüşüb uyğun bir həll yolu tapacağıq”. Geri qayıt |