Əsas Səhifə > Güney Press / Manşet > ARTUR RƏSİZADƏ FHN ŞEFİNDƏN NƏYİ XAHİŞ EDİB?

ARTUR RƏSİZADƏ FHN ŞEFİNDƏN NƏYİ XAHİŞ EDİB?


28-06-2013, 17:24
ARTUR RƏSİZADƏ FHN ŞEFİNDƏN NƏYİ XAHİŞ EDİB?
DİA.AZ: - Neçə müddətdir ki, gömrük orqanlarında kadr islahatlarının həyata keçiriləcəyi ilə bağlı xəbər yayılsa da, heç bir real addım atılmır. Bununla bağlı DİA.AZ-a məlumat verən Dövlət Gömrük Komitəsinin əməkdaşlarından biri vurğuladı ki, əslində kadr islahatı çoxdan həyata keçirilməlidir:

В«Sadəcə olaraq, bu sistemdə müəyyən qrupların maraqları olduğundan, hər kəsin arxasında bir məmur dayandığından, çıxarılması, vəzifədən alınması planlaşdırılan gömrük işçilərinin hərəsinin bir məmurun qohumu olması səbəbindən müəyyən yubanmalar var.

Zamanında fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ürəyinin yumşaqlığından istifadə edən hər kəs, bütün tanınmışlar öz qohum-əqrəbalarını gömrük orqanlarına yeridiblər. İndi də kadr islahatı dedikdə onlar yerlərindən tərpədilməlidirВ».

Mənbəmiz bildirir ki, məsələn, adı В«vurulacaqlarВ» siyahısına düşən, gömrükdə yüksək vəzifə sahibi olan bir şəxsin xahişini bu günlərdə baş nazir Artur Rəsizadə edib: В«Bu barədə gömrükdə hər kəs yaxşı bilir ki, filankəsi filankəs himayə edir. Ona görə də kadr siyasətində yeniliklər yaxın günlərdə baş tutmaya bilərВ».

Geri qayıt