Əsas Səhifə > Siyasət, Manşet > ŞOK: NAZİRİMİZİN ADI İLƏ TÜRKİYƏDƏ FIRILDAQ İŞLƏNİLDİ

ŞOK: NAZİRİMİZİN ADI İLƏ TÜRKİYƏDƏ FIRILDAQ İŞLƏNİLDİ


28-06-2013, 15:28
ŞOK: NAZİRİMİZİN ADI İLƏ TÜRKİYƏDƏ FIRILDAQ İŞLƏNİLDİ
ƏSRİMİZİN «OSTAP BENDER»LƏRİ…

DİA.AZ: - Redaksiyamıza nazirlərimizdən biri ilə bağlı ilginc bir məlumat daxil olub. Məlumatlı mənbənint DİA.AZ-a verdiyi informasiyaya görə, bu günlərdə qardaş Türkiyədə Azərbaycanda vəzifə başında olan nazirlərdən birinin adı ilə böyük bir fırıldağa imza atılıb.

Mənbənin söylədiklərini təsdiqləmək və yaxud da sübut etmək imkanımız olmadığından yalnız hadisənin təfsilatını çatdırmaq qərarına gəldik.

Beləliklə… Məlumatı verən qaynaq iddia edir ki, təxminən iki ay əvvəl qardaş Türkiyənin nüfuzlu şirkətlərindən birinə Azərbaycanda vəzifə başında olan nazirlərdən birinin adı ilə müraciət olunub:

«Həmin şirkət Türkiyədə və dünyada qızıl istehsalı ilə məşğuldur. Və azərbaycanlı nazirlərdən birinin adı ilə şirkətə qiyməti 450 min avro dəyərində olan brilliant işləməli boyunbağı sifariş edilib. Hətta «nazir» tərəfindən şirkətə telefon da açılıb. Şirkət eyni zamanda Azərbaycanın Türkiyədəki səfirliyi ilə də əlaqə saxlayaraq, belə bir imkanlı şəxsin varlığını dəqiqləşdirib, eyni zamanda telefon danışığına, həmçinin beh olaraq verilən 25 min avroya güvənərək «nazirin» sifariş etdiyi hazır məhsulu tam pulu almadan şirkətə müraciət edən şəxslərə verib».

Hadisənin üstündən bir aya yaxın vaxtın keçməsinə baxmayaraq, nə həmin şəxslərdən, nə də nazirdən xəbər tuta bilməyən şirkət nəhayətdə nazirimizlə bağlı Türkiyənin hüquq-mühafizə orqanlarına müraciət edib: «Aydınlaşdırılıb ki, ümumiyyətlə nazirin bu işdən xəbəri olmayıb. Sadəcə olaraq onun nüfuzundan istifadə edən fırıldaqçılar, şirkət nümayəndələrini bahalı oteldə qarşılayıb, onları bahalı yerlərdə qonaq etməklə - təxminən qızıl əşya üçün verilən 25 min avro da daxil 40 min avroya qədər pul xərcləməklə, 450 min avroluq zinət əşyasını ələ keçiriblər».

Mənbəmiz bildirir ki, bu hadisədən Azərbaycanda da məlumatlıdırlar və Türkiyə polisi fırıldaqçı soydaşlarımızı axtarır.

Maraqlı orasıdır ki, şirkət baş vermiş olayı Türkiyə mətbuatına çıxarmayıb. Və güman olunur ki, azərbaycanlı nazirin adının bu işdə hallandırılması səbəbindən Azərbaycanın Türkiyədəyi səfirliyinin istəyilə hadisə KİV-lərdən uzaq tutulur.

Geri qayıt