Əsas Səhifə > Gündəm, Manşet > İCRA BAŞÇISI QUBADA «GESTAPO» REJİMİ YARADIB
İCRA BAŞÇISI QUBADA «GESTAPO» REJİMİ YARADIB28-06-2013, 14:19 |
QUBALILAR: «NARAZI VƏTƏNDAŞIN GÜCÜ ANCAQ ÖZÜNÜ YANDIRMAĞA ÇATIR» DİA.AZ: - Keçən ilin mart ayında Qubada baş verən üsyan dalğası özünün bir sıra nəticələri ilə diqqətə gəldi. Və güman olunurdu ki, devrilmiş icra başçısı Rauf Həbibovun məlum aqibəti növbəti icra başçısı üçün dərs olacaq. Amma gözləntilər özünü doğrultmadı. Hər halda, Qubadan redaksiyamıza daxil olan müraciətlərdən belə bir təəssürat yaranır. Bir qrup Quba sakini adından DİA.AZ-a ünvanlanan müraciətdə qeyd olunur ki, rayonda əməlli-başlı hökmranlığını genişləndirən icra başçısı Mübariz Ağayev bütün istiqamətlərə yalnız qazanc yeri kimi baxır: «Maraqlı orasıdır ki, bu gün Qubanın problem içində boğulmasına rəğmən heç bir mətbu orqan bu məsələyə diqqət ayırmır». Quba sakinləri iddia edirlər ki, bu da Mübariz Ağayevin «fərasətinin» nəticəsidir: «Mübariz Ağayev gəldiyi ilk gündən bütün idarə və müəssisə rəhbərlərinə qəti tapşırıq verib ki, onların rəhbər olduqları sahələrdən KİV-lərə heç bir şikayət egtməyəcək. İndi də biz dərdimizi deməyə bir ünvan tapa bilmirik. Mübariz Ağayev başda olmaqla, qubalı məmurlar az qala bütün mətbuatı satın alıblar». Sakinlərin əsas narazılığı isə dolanışıqla bağlıdır: «Rayonda icra başçısının qılıncının altından keçməyənin bir işin qulpundan yapışması qeyri-mümkündür. İndi qubalılar Rauf Həbibovun atasına rəhmət oxuyurlar, onu devirdiklərinin peşmançılığını çəkirlər». Sakinlər bildirir ki, bu günlərdə işsiz olan, ailəsini dolandıra bilməyən bir Quba sakini icra hakimiyyətinin binası qarşısında etiraz olaraq özünü yandırmaq da istəyib: «Polisin köməkliyi ilə onun qarşısı alındı. Əvvəl narazı vətəndaş başçının evini yandırırdı, indi vəziyyət o haldadır ki, adamlar özlərini yandırmaq istəyirlər. Bax, Mübariz Ağayev Qubaya bunu gətirib». Qarşı tərəfi də səslənən iddialarla bağlı dinləməyə hazırıq». Geri qayıt |