Əsas Səhifə > Siyasət, Manşet > HÜSEYN ABDULLAYEVƏ HANSI MƏMUR KÖMƏK EDİB?
HÜSEYN ABDULLAYEVƏ HANSI MƏMUR KÖMƏK EDİB?28-06-2013, 13:33 |
KEÇMİŞ DEPUTAT HƏLƏ ƏVVƏLİNDƏN BAŞINA GƏLƏCƏKLƏRİ BİLİRMİŞ DİA.AZ: - Xəbər verdiyimiz kimi, “Oğuz eli” ictimai birliyinin rəhbəri, sabiq deputat Hüseyn Abdullayev barəsində vergidən yayınmaq ittihamı ilə cinayət işi başlayıb. O, bu ittihamları rədd edir. Artıq 6 aydır ki, Azərbaycanda yaşamadığını vurğulayan H.Abdullayev Almaniyada müalicə olunduğunu bildirib. Başqa mənbələrdən DİA.AZ-a gələn xəbərlərə görə isə Hüseyn Abdullayev istintaq işinin gedişindən vəziyyətin ağırlaşacağını bilirmiş. Elə bu məqsədlə də müalicə bəhanəsi ilə Almaniyaya qaçıb. Bu barədə danışan mənbə iddia edir ki, “Quska”nı bu barədə hazırda vəzifə başında olan və keçmiş deputatla dostluq əlaqələrini günü bu gün də qoruyub saxlayan məmurlardan biri xəbərdar edib. Qeyd edək ki, H.Abdullayevin adı əvvəllərdə maliyyə qalmaqallarında hallanıb. Onun biznesinin şəffaf olmadığı barəsində mətbuatda dəfələrlə məlumatlar gedib. Xatırladaq ki, bu həftə sabiq deputata Cinayət Məcəlləsinin 213.2.2 (külli miqdarda vergidən yayınma) maddəsi ilə iş qaldırıldı. Rəsmi məlumata görə, Hüseyn Abdullayev uzun müddət istintaqdan yayındığı üçün barəsində məhkəmə qərarı ilə axtarış elan olunub, tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir. Məlumatlı mənbə DİA.AZ-an bildirdi ki, Hüseyn Abdullayevi xəbərdar edən məmur onun həm də ölkədən getməsinə də şərait yaradıb: “Hazırda da onların arasında münasibət var”. Hüseyn Abdullayev 1967-ci ildə doğulub. 2005-ci ildə 25 saylı Nizami seçki dairəsindən Milli Məclisin deputatı seçilib. Milli Məclisin 2007-ci il martın 16-da keçirilən iclasında Hüseyn Abdullayevlə deputat Fəzail Ağamalının davası düşüb. Bu davaya görə Hüseyn Abdullayev Səbail Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzası alıb və deputatlıqdan məhrum edilib. Geri qayıt |