Əsas Səhifə > Gündəm, Manşet > ADMİNİSTRASİYA DAXİLİNDƏ SAVAŞ BÖYÜYÜR

ADMİNİSTRASİYA DAXİLİNDƏ SAVAŞ BÖYÜYÜR


28-06-2013, 13:09
ADMİNİSTRASİYA DAXİLİNDƏ SAVAŞ BÖYÜYÜR
MƏHƏRRƏM ƏLİYEV RAMİZ MEHDİYEVƏ QARŞI KOMPROMAT AXTARIŞINDA

DİA.AZ: - «Hakimiyyətdaxili çəkişmələr yeni məcraya yön ala bilər. Söhbət Prezident Administrasiyası rəhbərinin köməkçisi vəzifəsinə gətirilən Məhərrəm Əliyevlə PA rəhbərliyi arasındakı gərginlikdən gedir». Bu barədə DİA.AZ-a danışan məlumatlı mənbənin bildirdiklərindən belə aydın olur ki, Bakı şəhər Baş Polis İdarəsinin sabiq rəisi Məhərrəm Əliyev Ramiz Mehdiyevə qarşı konkret fəaliyyətə keçməsi səbəbindən PA şefinin açıq hədəfinə çevrilib.

Mənbənin söylədikləri: «Məlumdur ki, Ramiz Mehdiyev son aylarda kifayət qədər ciddi zərbələr alsa da, hələ də görəv başındadır. Yəni kifayət qədər güclü olması təəssüratı yaranır. Amma buna rəğmən PA-da möhkəmlənməyə çalışan Məhərrəm Əliyev ənənəvi düşmənçilik mövqeyindən çıxış edərək Mehdiyevə yaxın fiqurlarla bağlı kompromat xarakterli materialların toplanmasına girişib».

Mənbəmiz iddia edir ki, keçmiş polis işçisi kimi davranan Məhərrəm Əliyev hətta «qorotdel» rəisi olduğu dönəmdə işçisi olmuş kriminalistlərin də xidmətindən yararlanmağa başlaayıb: «Konkret olaraq iki nəfər bu gün PA şefinin adamlarını təqib edərək, onlarla bağlı ifşaedici material toplamaqdadır».

Onu da bildirək ki, mənbəmiz olduqca ilginc faktları da açıqlayıb ki, həmin informasiyaların əks olunduğu geniş materialı da bir sıra araşdırmalardan sonra diqqətinizə təqdim edəcəyik. Bizi izləməkdə davam edin…


Geri qayıt