Əsas Səhifə > Güney Press / Manşet > İŞIQ PULUNU YENƏ QALDIRIRLAR

İŞIQ PULUNU YENƏ QALDIRIRLAR


20-12-2011, 17:34
İŞIQ PULUNU YENƏ QALDIRIRLAR

HAKİMİYYƏTDƏN DAHA BİR TƏHLÜKƏLİ ADDIM

DİA.AZ: - Bu ilin dekabr ayının 1-dən etibarən Nazirlər Kabineti yanında Tarif Şurasının qərarı ilə metroda gedişhaqqının qiyməti 15 qəpikdən 20 qəpiyə qədər qaldırıldı. Bununla yanaşı, eyni qurum tərəfindən eyni gündə verilən qərara əsasən, kommunla xərclərin də qiymətində bahalaşma baş verdi.

Doğrudur, məlum bahalaşmaya cəmiyyət tərəfindən gərəkən reaksiya müşahidə olunmadı. Yalnız bir qrup gənc metroda gedişhaqqının qiymətinin qalxmasına etiraz olaraq aksiy alar keçirsə də, bu proses kütləviliyin olmaması səbəbindən hakimiyyətin xeyrinə bitmiş oldu. Burada əsas olaraq unudulanı isə kommunal xərclərin bahalaşması ilə bağlı idi ki, nədənsə cəmiyyət bu barədə susmağa üstünlük verdi. Hər halda, problemin daha böyüyünün məhz kommunal xərclərlə bağlı olmasını artıq yeni qiymətlərlə ödəmə başlayanda hiss edəcəyik. Və yəqin ki, səsimiz də onda çıxacaq.

Amma deyəsən, hakimiyyət hələ çıxmsı gözlənilən səsimizi dinləməmiş daha bir bahalaşma qərarını vermək niyyətindədir. Bu barədə redaksiyamıza hökumət içindəki etibarlı mənbələrdən informasiya ötürülüb.

В«DünyaВ» İnformasiya Agentliyi redaksiyasına bildirilənə görə, bu günlərdə, yəni təxminən dekabr ayının 26-da Tarif Şurası daha bir sahədə qiymətləri qaldıracaq. Məlumatlı mənbə bildirir ki, qurum növbəti qərarı ilə elektrik enerjisinə görə olan ödəmələrdə bahalaşmaya qərar verib:

В«Hələlik hansı qiymətlərin olacağı dəqiqləşməyib. Lakin koknert olanı odur ki, qərar verilib. Bu barədə Tarif Şurasına müvafiq sənədlər daxil olub və həmin sənədlərin müzakirəsi aparılırВ».

Mənbəmiz əlavə olaraq onu da bildirdi ki, işıqpulunun qiymətinin qaldırılmasının yarada biləcəyi ajiotajın önlənməsi üçün də bir sıra profilaktik tədbirlər planlaşdırılıb: В«Necə ki, metroda gedişhaqqının artırılmasından, kommunal xərclərin bahalaşmasından sonra minimum əməkhaqqıya gülməli şəkildə əlavələr olundu. Eləcə də indi, oxşar bir proses həyata keçirələcək. Büdcə təşkilatlarında çalışanlardan sonra Qarabağ müharibəsi iştirakçılarının və əlillərinin aldıqları pensiyalarda В«mizernıВ» artım ediləcəkВ».


Geri qayıt