Əsas Səhifə > Siyasət, Manşet > FARS-MOLLA REJİMİ RƏSMİ BAKINI DİNSİZ ELAN ETDİ

FARS-MOLLA REJİMİ RƏSMİ BAKINI DİNSİZ ELAN ETDİ


27-06-2013, 12:14
FARS-MOLLA REJİMİ RƏSMİ BAKINI DİNSİZ ELAN ETDİ
İRAN MƏTBUATI: «AZƏRBAYCAN HAKİMİYYƏTİ ŞİƏ KİMLİYİNƏ QARŞIDIR»

DİA.AZ: - Fars-molla rejimi Azərbaycana qarşı ittihamlarını yeni müstəviyə keçirməkdədir. Bu dəfə rəsmi Bakını dinsizlikdə ittiham edən, islami-şiə kimliyinə qarşı bir qüvvə kimi təqdim edən rəsmi Tehranın əslində bu yolla Azərbaycanda inanclı vətəndaşlara sirayət etməyə çalışması gün kimi aydındır.

DİA.AZ bildirir ki, hər halda, düşmən Ermənistanla məhrəm münasibətlərdə olan fars-molla rejiminin «Azərbaycan hakimiyyətini bəyənməzlik» adı altında əslində Azərbaycan dövlətini hədəfləməsi faktını ört-basdır edən cəhdlərə şahidlik etməzdik. Keçənlərdə «Azərbaycan hakimiyyətindən küsən» mola rejimi Azərbaycanın dövlətçiliyinə təhlükə hesab etdiyi addımı belə atdı. Halbuki Türkmənçay müqaviləsinə yenidən qayıdılması heç də İran üçün yox, məhz Azərbaycan üçün faydalı ola bilər. Məhz həmin illərdəki müqavilələr Azərbaycan torpaqlarının bölüşdürülməsinə gətirib çıxarıb. Və bu həqiqəti anlayan mola mətbuatı sonradan «Türkmənçay təbliğatı»nı dayandırsa da, onların niyyətinin kökündə Azərbaycanın dövlət müstəqilliyini həzm etməmə halının dayanması bir faktdır.

DİA.AZ olaraq «AranNews» portalında yer alan daha bir antiAzərbaycan ruhlu məqaləni diqqətinizə təqdim edirik: «İslam Şurası Məclisinin Araşdırmalar Mərkəzinin ictimai əlaqələndirici şöbəsindən verilən məlumatına əsasən, mərkəzin siyasi araşdırmalar ofisi bildirib: “İran İslam Respublikasının Qafqaz regionunda həmişə əsaslı rolu olub. Bu arada Azərbaycan və Ermənistana qarşı olan iki mövqe İran İslam Respublikasına təsir göstərmiş və onda təsir qoymuşdur”.

Mərkəz İranın milli maraqlarının təmini və ya zəiflətməsi baxımından Azərbaycanın hazırkı imkan və ya mümkün təhdidləri barədə siyasi strategiyanı araşdırmış, sonra müxtəlif şəraitlərdə bu mövzulardan necə istifadə etmək və idarə etməyi təhlil etmiş və onun regionda və beynəlxalq səviyyədə əməli icrası barədə təkliflər vermişdir.

Araşdırmalar Mərkəzinin təhlilində həmçinin deyilir: Azərbaycan dövləti müstəqillik qazanmasından və əliyevlərin hökuməti zamanından bəri islamofobiyada rekord vurmuş və ölkəsinin islami-şiə kimliyini təcrid etmək, siyasi və mədəni sekularizmə tərəf getmək istiqamətində heç bir şeyi əsirgəməyib və türkü-azəri milliyyətinə əsaslanan vahid Azərbaycan milləti adı ilə panazərizm ideologiyasını önə çəkmək məqsədilə İslam dünyası, o cümlədən İran İslam Respublikası ilə dini və mədəni əlaqələrini azaltmağa çalışmış və onu təqribən sıfır həddində saxlamışdır. Bunun əvəzində qərblə mədəni münasibətlərini möhkəmləndirmişdir. Buna nümunə olaraq Eurovision mahnı müsabiqəsinin və İsrail Mədəniyyət həftəsinin Azərbaycanda keçirilməsini göstərmək olar. Bu münasibətlər mədəni çərçivədə məhdudlaşmamış və Bakı dövləti iqtisadi, siyasi və təhlükəsizlik sahələrində qərb, ABŞ, NATO və sionist rejimi başda olmaqla yeni tərəfdaşlara tərəf yönəlmişdir.

Bakı-Tehran münasibətlərində son illərdə olduqca sərinlik yaranmış, digər tərəfdən isə Bakının qərblə münasibətləri irəliləmişdir. Bu proses İran İslam Respublikası və ölkənin önəmli idarə və təşkilatlarının məsulları üçün bir xəbərdarlıqdır ki, Azərbaycan Respublikasının proses hərəkətini dərk etsinlər, bütün mümkün seçimləri proqnozlaşdırsınlar, hər hansı senari baş verdiyi surətdə imkanlı əllə bu seçimlər arasından münasib seçimi qəbul edərək əməl meydanında icra etsinlər. Bununla da İran İslam Respublikasının milli və islami maraqları ən yüksək səviyyədə qorunmuş olsun».

Geri qayıt