Əsas Səhifə > Partiya > SABİRABADDA DEMOKRATİYA ÇAĞIRIŞI
SABİRABADDA DEMOKRATİYA ÇAĞIRIŞI20-12-2011, 15:44 |
RAYON “ÜMİD”ÇİLƏRİ TOPLANDILAR Ümid Partiyasının Sabirabad rayon təşkilatının növbəti təsis konfransı keçirilib. Partiyanın mətbuat xidmətindən daxil olan məlumata görə, konfransda ötən müddət ərzində rayon təşkilatının gördüyü işlərlə bağlı olaraq sədr Xanlar Abbasovun hesabat çıxışı dinlənilib. Bundan sonra təşkilatın təsis konfransına nümayəndələrin mandatı təsdiqlənib. Daha sonra seçkili qurumların da hesabatı dinlənilib. Bundan sonra konfransın gündəliyində ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı müzakirələr başlayıb. Mövzu ilə əlaqədar çıxış edən Ümid Partiyası iqtisadi siyasət komissiyasının sədri Razi Abasbəyli Azərbaycanda baş verəcək demokratik dəyişikliklərdən və bunun qaçılmaz olduğundan danışıb. Çıxışçı partiyanın 2012-ci ildə görüləcək işləri barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Daha sonra isə Sabirabad rayon təşkilatına yeni sədrin seçilməsi ilə bağlı səsvermə keçirilib. Qeyd edək ki, Xanlar Abbasov 63 saylı Sabirabad seçki dairəsində Ümid Partiyasından katib olaraq seçidiyindən qanunvericiliklə partiyadakı fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. Bundan sonra Sabirabad rayonunda aktiv siyasi fəaliyyəti ilə fərqlənən Əslan Əliyevin sədrliyə namizədliyi irəli sürülb və o sədr seçilib. Geri qayıt |