Əsas Səhifə > Gündəm, Manşet > RAMİZ MEHDİYEV MÜXALİF DÜŞƏRGƏYƏ KEÇƏ BİLƏR

RAMİZ MEHDİYEV MÜXALİF DÜŞƏRGƏYƏ KEÇƏ BİLƏR


27-06-2013, 10:44
RAMİZ MEHDİYEV MÜXALİF DÜŞƏRGƏYƏ KEÇƏ BİLƏR
ƏGƏR KREMLDƏN BELƏ BİR GÖSTƏRİŞ GƏLƏRSƏ, PA ŞEFİ BU ADDIMI DA ATAR

DİA.AZ: - Bu seçki ilinin kifayət qədər səs-küylü olacağını baş verən hadisələr də təsdiqləməkdədir. 1993-cü ildən bəri ilk dəfədir ki, Kremlin rəsmi Bakıya bu qədər yaxın məsafədən təsir etmə təşəbbüslərinin olması da sübutlayır ki, bizi seçki prosesində gərgin atmosfer gözləməkdədir. Elə DİA.AZ-ın əldə etdiyi informasiyalardan da sözügedən qənaət formalaşır.

Hökumət içindəki mötəbər mənbənin redaksiyamıza bildirdiklərindən belə aydın olur ki, hakimiyyət içində qarşıdan gələn seçkilərlə bağlı çox ciddi fikir ayrılığı var: «Təbii ki, burada Rusiyanın maraqlarını üstün tutan qüvvələrin fəaliyyəti daha çox diqqətçəkicidir. Bu günlərdə İlham Əliyevin namizədliyini şübhəyə alan addımın da arxasında məhz həmin qüvvələrin dayanması faktı aşkarlanıb. İndi iz azdırmağa çalışırlar. Amma fakt faktlığında qalır ki, kimlər bu prosesin arxasında dayanır».

Mənbəmiz iddia edir ki, DADP-nın ölkənin birinci ledisi Mehriban Əliyevanın namizədliyini irəli sürməsi faktının həmin vaxt deyil, bir həftə sonra ictimailəşdirilməsi heç də təsadüfi deyil: «Təsəvvür edin, ayın 15-də baş verən hadisənin videogörüntüləri 22 iyunda yayılır. Və bu xəbərin yayılmasına Prezident Administrasiyası rəhbərliyinə yaxın media xüsusi təşəbbüs göstərir. Yəni onların marağında olub ki, belə bir xəbər ictimailəşsin. Bunun ardından isə iz azdıra bilmələri üçün DADP-nin digər qanadını fəallaşdırıb, təkzib yayırlar. Lakin bununla da məsələni yenidən gündəmdə və diqqətdə saxlayırlar».

Bütün bunların iqtidar daxilindəki çəkişmələrin təzahürü olduğunu bildirən bilgili qaynaq DİA.AZ-a maraqlı bir faktı da açıqladı: «PA rəhbəri Ramiz Mehdiyev və ona yaxın çevrə prezident seçkilərinə az müddət qalmış bütün ölkədə sensassiya yarada biləcək addıma belə imza ata bilərlər».

Mənbəmizin iddialarına görə, həmin cinah sırf olaraq Kremlin əlinə oynadığından onların Rüstəm İbrahimbəyovla bağlı planda yer alması belə mümkündür: «Artıq bu barədə hakimiyyətin üst düzəyinə müəyyən siqnallar ötürülüb. Yəni məsələ bu qədər ciddidir».

Geri qayıt