Əsas Səhifə > Güney Press / Manşet > BAŞI KEFƏ QARIŞAN İCRA BAŞÇISINA XƏBƏRDARLIQ

BAŞI KEFƏ QARIŞAN İCRA BAŞÇISINA XƏBƏRDARLIQ


25-06-2013, 16:13
BAŞI KEFƏ QARIŞAN İCRA BAŞÇISINA XƏBƏRDARLIQ
DİA.AZ: Son zamanlar barəsində В«yuxarılaraВ» ardı-arası kəsilməyən şikayətlər ünvanlanan Xocavənd rayonunun icra hakimiyyətinin başçısı Eyvaz Hüsyenova Prezident Administrasiyasından barmaq silkələnib. Bu barədə DİA.AZ-a hökumət içindəki mənbə xəbər verib.

Qaynağın DİA.AZ-a bildirdiklərindən belə aydın olur ki, icra başçısına qarşıdan prezident seçkilərinin gəlməsi ciddi şəkildə xatırladılıb.

Mənbənin söylədikləri: В«Eyvaz Hüseynovun adı bir çox qalmaqallarda hallandırılır. Hətta iddia olunur ki, icra başçısı rayona dövlət büdcəsindən ayrılan vəsaiti şəxsi əyləncəsinin təşkilinə xərcləyir. Hətta bildirilir ki, onun başı eyş-işrətə elə qarışıb ki, hətta bu günlərdə dövlət tədbirlərinin birində iştirak da edə bilməyibВ».

Mənbəmiz iddia edir ki, Eyvaz Hüseynov Ramiz Mehdiyevin bir müddət əvvəl icra başçıları ilə görüşündə iştirak edə bilməyib. В«Həmin vaxtı o, kef məclisində olubВ» deyən qaynağın sözlərinə görə, məhz buk imi səbəblərdən icra başçısına xəbərdarlıq edilib: В«Onun nəzərinə çatdırılıb ki, seçki ilində Xocavənd sakinləri ilə bağlı problem yaranarsa, həm vəzifəsini, həm də azadlığını itirə bilər. Çünki artıq hədəfdədirВ».

Geri qayıt