Əsas Səhifə > Siyasət, Manşet > KƏRƏM HƏSƏNOVUN İŞÇİLƏRİNƏ HƏBS TƏHLÜKƏSİ
KƏRƏM HƏSƏNOVUN İŞÇİLƏRİNƏ HƏBS TƏHLÜKƏSİ25-06-2013, 12:42 |
PREZİDENT SEÇKİLƏRİ ƏRƏFƏSİNDƏ QURBAN VERİLƏCƏK MƏMUR KİMDİR? DİA.AZ: - Bir müddət əvvəl məlumat verərək bildirmişdik ki, Qaradağ rayonu Lökbatan qəsəbəsində yaşayan bir qrup sahibkar yerli bazarın özəlləşdirilməsi zamanı yol veriln qanunsuzluqlarla bağlı prezident İlham Əliyevə müraciət edərək, ondan ədalətin bərpa olunmasına dəstək verməsi ilə bağlı xahiş etmişdilər. Bununla əlaqədar DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, bu işdə maraqlı tərəf kimi çıxış edən və yerli kolxoz bazarının özəlləşdirilməsi zamanı hətta bazar ətrafında yerləşən, ayrı-ayrı sahibkarlara, həmçinin digər dövlət qurumu «Azərittifaq»a məxsus olan obyektləri də bazar ərazisi kimi qeydə aldırıb qanunsuz olaraq ələ keçirən Qaradağ rayonunun icra başçısı Süleyman Mikayılov artıq baş verən qanun pozuntusu ilə əlaqədar sorğu-sual edilib. Mənbəmiz bildirir ki, müvafiq işlə bağlı araşdırmaya başlayan dövlət qurumları prezidentin göstərişinə uyğun olaraq, zamanında onun deputatı olduğu Qaradağ rayonundakı özbaşınalığın durdurulması üçün hərəkətə keçiblər: «Artıq bu işdə qanunsuz qərara imza atan Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin səlahiyyətli şəxslərinin də münasibətləri araşdırılıb və qanun pozuntusu ilə əlaqədar gərəkən hüquqi addımın atılması üçün «yuxarılardan» göstəriş gözlənilir». Məlumatlara görə, əgər məlum qanunsuz özəlləşdirmə qərarı tam olaraq sübuta yetirilərsə, o zaman Süleyman Mikayılovun yaxın adamları ilə bərabər Kərəm Həsənovun işçiləri də qanun qarşısında cavab verməli olacaqlar. Geri qayıt |