Əsas Səhifə > Gündəm, Manşet > HAKİMİYYƏT ÜÇÜN RİSQLİ HESAB OLUNAN RAYONLAR

HAKİMİYYƏT ÜÇÜN RİSQLİ HESAB OLUNAN RAYONLAR


25-06-2013, 12:29
HAKİMİYYƏT ÜÇÜN RİSQLİ HESAB OLUNAN RAYONLAR
6 RAYONDA İQTİDAR ÜÇÜN ƏLAVƏ PROBLEMLƏRİN YARANMASI GÖZLƏNİLİR

DİA.AZ: - «Salyan rayon icra hakimiyyətinin başçısı Tahir Kərimov, Saatlı rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Goranboy rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyev, Gədəbəy rayon icra hakimiyyətinin başçısı Ramiz Yediyarov və daha iki rayonun rəhbəri təcili surətdə Bakıya çağrılıb». Bu ilginc məlumatı DİA.AZ-a hökumət içindəki qaynaq ötürüb.

Mənbənin bildirdiyinə görə, 6 rayonun icra başçısının paytaxta çağrılma nədənləri son zamanlar həmin rayonlarda ictimai-siyasi durumun gərgin olması ilə əlaqədardır. Mənbənin söylədikləri:

«Həmin rayonlarda yerli əhali daha çox narazı ruhdadır. Bunu təkcə mətbuatda yer alan, ictimailəşən faktlar sübutlamır. Eyni zamanda hakimiyyətin müvafiq dairələrinin məxfi qaydada apardığı analiz, keçirdiyi sorğular da təsdiqləyir ki, qarşıdan gələn prezident seçkiləri ərəfəsində hakimiyyətin namizədi üçün təhlükəli rayonlar sırasında məhz adları çəkilən bölgələr yer almaqdadır».

Mənbəmizin bildirdiyinə görə, bu məqsədlə Bakıya çağrılan hər bir icra başçısını çətin sınaq gözləyir: «Onlar çox cidi bir məsuliyyətin altına girmək zorundadırlar. Nəzərə almaq lazımdır ki, Salyan və Saatlı rayonlarında son zamanlar İranın xüsusi xidmət orqanları da fəallıq edir. Yəni bu kimi faktorların fonunda səbatsız bir rəhbərin buraxacağı yanlış təkcə rayon rəbərliyinə yox, bütünlükdə olaraq hakimiyyətə baha başa gələ bilər».

Mənbəmiz eyni zamanda əlavə etdi ki, hər altı rayonun icra başçısını vəzifəsindən alınma, yeni kadrla əvəzlənmə aqibəti də gözləyir: «Ola bilsin ki, hansısa icra başçısı ilə «yola davam» deyilməsin. Bu, yaxın günlərdə bəlli olacaq».

Geri qayıt