Əsas Səhifə > Hadisə > 4 RAYONUN PROKURORU DƏYİŞDİ
4 RAYONUN PROKURORU DƏYİŞDİ25-06-2013, 11:43 |
ZAKİR QARALOVDAN KADR İSLAHATI Azərbaycan Prokurorluğu orqanlarında kadr dəyişiklikləri edilib. Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, baş prokuror Zakir Qaralovun müvafiq əmrləri ilə Baş Prokurorluğun Kadrlar idarəsinin prokuroru Maarif Hüseynov, Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru Qoşqar Əhmədov, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Ceyhun Almasov tutduqları vəzifədən azad edilərək müvafiq olaraq Cəbrayıl, Qubadlı və Laçın rayon prokuroru vəzifələrinə təyin edilib. Baş prokurorun digər əmrləri ilə Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçisi Fuad Məmmədov tutduğu vəzifədən azad edilərək Tərtər hərbi prokuroru, Tərtər hərbi prokuroru Mehdi Hüseynzadə isə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəisi vəzifələrinə təyin edilib. Geri qayıt |