Əsas Səhifə > Gündəm, Manşet > RUSLAR İRİ RANQLI MƏMURLARI ƏLƏ KEÇİRMƏKDƏDİR

RUSLAR İRİ RANQLI MƏMURLARI ƏLƏ KEÇİRMƏKDƏDİR


25-06-2013, 11:11
RUSLAR İRİ RANQLI MƏMURLARI ƏLƏ KEÇİRMƏKDƏDİR
KREMLİN HAKİMİYYƏTİ DƏYİŞMƏ PLANINA KİMLƏR HANSI YOLLA QOŞULUR?

DİA.AZ: - Dünən mətbuata verdiyi müsahibəsində çox ciddi məqamlara toxunan Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin (RAFMMM) fəxri prezidenti, Rusiya Azərbaycan Təşkilatları İttifaqının (RATİ) yaradıcılarından biri, Rusiya Prezidenti Vladimir Putinin səlahiyyətli nümayəndəsi Söyün Sadıxov ilk dəfə idi ki, Azərbaycan hakimiyyətinin üzərinə yeriyirdi. Dünənə qədər «Mən İlham Əliyevi dəstəkləyirəm» deyərək, aldadıcı mövqeyini qoruyan Söyün Sadıxovun bu şəkildə rəsmi Bakıya qarşı hücuma keçməsi əslində Kremlin planlarının tərkib hissəsi kimi qəbul olunmalıdır.

Yəni vaxtdır. Artıq Kreml YAP iqtidarı ilə anlaşa bilmədiyini tam olaraq ortaya qoymaqla yanaşı, həm də nələrə qadir olduğunu nümayiş etdirmək fikrindədir. Bununla bağlı fikirlərini DİA.AZ-la bölüşən hökumət içindəki mənbə iddia edir ki, Söyün Sadıxovun bəlli açıqlamalarını və mövqe bəlirləməsini sıradan bir olay kimi qiymətləndirib, üstündən keçmək lazım deyil:

«Söyün Sadıxov adından da bəlli olduğu kimi, Rusiya prezidentinin səlahiyyətli nümayəndəsidir. Eyni zamanda bu adam həm də son aylarda diaspora işində, Rusiyadakı azərbaycanlıların təşkilatlandırılmasında mühüm rol oynayır və həlleidici fiqura çevrilib. Onun şəxsi qabiliyyətlərinin bir bazar akdamı ranqından üstün olmadığı iddia olunsa da, bu gün Söyün Sadıxov çox ciddi fiqur kimi yerli Azərbaycan siyasətinə təsir etməkdədir».

«Məhz buna görə, net şəkildə Milli Şuranın da vahid namizədi olacaq Rüstəm İbrahəimbəyova Söyün Sadıxovun da sahib çıxması ciddi hadisə, Kremldən gələn bir siqnal kimi qəbul olunmalıdır» deyən mənbəmiz iddia edir ki, artıq rəsmi Bakı bu siqnalı təhlil etməkdədir:

«Rusiyanın niyyəti bəllidir. Onlar Azərbaycanda hakimiyyət dəyişikliyinə nail olmaq istəyirlər. Və bu planda həm müxalifətin ölkə daxilindəki populyarlığından və həm də köhnə sovet dövründən qalma dayaqlarından istifadə edirlər. Hətta vəziyyət o həddə çatıb ki, köhnədən «KQB»nin, «QRU»nun arxivlərindən götürülən sənədəlrə üzərə hərəkət edilir, insanlar köhnə işlərinə görə şantaj edilərək Rusiyanın oyununa cəlb edilir».

Mənbəmiz bu arada maraqlı bir faktı da açıqladı: «Burada söhbət təkcə müxalifətçilərin və yaxud da vəzifədə olmayan tanınmışların Rusiyanın projesinə şantaj yolu ilə cəlb edilmələrindən getmir. Eyni zamanda vəzifə başında olanlara da ruslar eyni qaydada «podxod» edirlər. Hətta sabiqlər də unudulmur. Bu qəbildən Akif Muradverdiyevlə bağlı məqamı dəlil kimi qəbul etmək olar. Elə Söyün Sadıxovun hakimiyyətə yönəlik sərt ittihamların, ağır ifadələrin yer aldığı müsahibəsi də məhz Prezidentin İcra Aparatının işlər idarəsinin keçmiş müdiri Akif Muradverdiyevin həbsinə Rusiyanın verdiyi reaksiya kimi baxmaq lazımdır.

Akif Muradverdiyevin üzərindən «Çar Rusiyasına aid qızıl sikkələrin» «tapılması» da təsadüfi deyil. Bu da bir işarədir. Yəni Muradverdiyev artıq Çar Rusiyasına işləyirdi. Yəni münasibətlər bu həddədir. Və bu gün Rusiya iri ranqlı məmurlara qədər çıxaraq, onlarla danışıqlar aparır. Kimi təhdid olunur, kiminə də şirnikləndirici təkliflər edilir».

Geri qayıt