Əsas Səhifə > Güney Press / Manşet > HANSI MƏMUR DEPUTATIMIZI ÖLÜMLƏ HƏDƏLƏDİ?
HANSI MƏMUR DEPUTATIMIZI ÖLÜMLƏ HƏDƏLƏDİ?24-06-2013, 16:24 |
![]() DİA.AZ: - Redaksiyamıza məmurlardan bir ilə bağlı şok bir məlumat daxil olub. Hələ dəqiqləşdirə bilmədiyimizdən yalnız əldə etdiyimiz bilgilərin təfsilatını diqqətinizə təqdim edəcəyik və bəri başdan bildiririk ki, qarşı tərəfi də dinləməyə hazırıq. DİA.AZ-a hökumət içindəki mənbələrdən daxil olan informasiyalardan aydın olur ki, çox nüfuzlu məmurlardan biri Yasamal rayonundan seçilmiş deputat Ülvi Quliyevi açıq şəkildə hədələyib və hətta onu ölümlə belə təhdid edib. Mənbəmiz konfliktin məişət zəminində yarandığını da qeyd edib: В«Onların mübahisələri düşüb və Ülvi Quliyev bu şəkildə hədələnibВ». Yenə də bəyan edirik ki, olayla bağlı araşdırmalarımız davam edir, az sonra daha geniş materialı təqdim edəcəyik. Mənbəmiz iddia edir ki, olay sonradan sakitləşsə də, deputat polisə şikayət etməyi də düşünüb. Geri qayıt |