Əsas Səhifə > Sosial, Manşet > GƏDƏBƏYDƏ GƏDƏBƏY KARTOFU QADAĞAN EDİLİB

GƏDƏBƏYDƏ GƏDƏBƏY KARTOFU QADAĞAN EDİLİB


24-06-2013, 12:38
GƏDƏBƏYDƏ GƏDƏBƏY KARTOFU QADAĞAN EDİLİB
BU FAKT İCRA BAŞÇISININ YEGANƏ QƏRİBƏLİYİ DEYİL: ADAM “GÜL VURUR”

DİA.AZ: - Gədəbəyin icra başçısı Ramiz Yediyarovla bağlı DİA.AZ-a yeni məlumatlar daxil olub. Məlumatlarda bildirilir ki, Ramiz Yediyarovun qəribə addımları Gədəbəy sakinlərini heyrətləndirməkdə davam edir. İcra başçısının qəribə hərəkətlərindən biri zibilin təmtəraqla yandırılması ilə bağlıdır. Sən demə, Ramiz Yediyarovun tapşırığı ilə yol kənarlarında yığılan zibil ərazi üzrə bələdiyyənin üzvləri tərəfindən toplanır. Daha sonra sədr toplanmış zibilə baxış keçirir və sonra qərarını açıqlayır. Gədəbəy sakinləri hələ də anlaya bilmir ki, toplanan zibilə nə üçün bələdiyyə sədri baxış keçirməlidir.

Ramiz Yediyarovun başqa bir qəribə hərəkəti kartofla bağlıdır. Məlumatlarda bildirilir ki, Gədəbəydə yol kənarında kartof satışına qadağa qoyulub. Qadağanın Gədəbəy polisi tərəfindən qoyulduğu bildirilsə də, əslində göstəriş icra başçısından gəlib. Özü də kartof məsələsilə xüsusi olaraq Ramiz Yediyarovun sürücüsü məşğul olur. Həmin sürücü eyni zamanda polisin adından məharətlə istifadə edir.

Məlumatda həmçinin deyilir ki, hazırda rayonda bütün məktəb direktorları göydən asılı vəziyyətdədir. Yəni, onların yeni tədris ilində işləyib-işləməyəcəyi bəlli deyil. Direktorların hamısına işdən çıxmaqla bağlı xəbərdarlıq edilib. Lakin onların yerinə yeni təyinatlar yoxdur. Bildirilir ki, bu, əslində pul tələsidir. Və direktorlardan hansı icra başçısının maliyyə şərtlərini qəbul etsə, vəzifəsində qalacaq.

Geri qayıt