Əsas Səhifə > Gündəm, Manşet > RAMİZ MEHDİYEV HAKİMİYYƏTİ NECƏ "İLİŞDİRİR"?

RAMİZ MEHDİYEV HAKİMİYYƏTİ NECƏ "İLİŞDİRİR"?


24-06-2013, 11:39
RAMİZ MEHDİYEV HAKİMİYYƏTİ NECƏ "İLİŞDİRİR"?
PA ŞEFİNİN SON «TƏŞƏBBÜSLƏRİ» İLƏ BAĞLI İQTİDAR DAXİLİNDƏ HƏYƏCAN

DİA.AZ: - «Gediş ərəfəsində olan Prezident Administrasiyasının rəhbəri RAmiz Mehdiyev hakimiyyət daxilində bütün qarışıqlıqların memarı kimi tanınmalıdır». Bunu DİA.AZ-a iqtidardakı etibarlı mənbə bildirib.

Qaynağın iddialarına görə, hər türlü çaşqınlıq və çaxnaşmada maraqlı olan Ramiz Mehdiyevə hakimiyyətin işlərinin rəvan axarda inkişafı heç cürə sərf etmir: «Diqqət yetirin və bu barədə hər kəsdə asanlıqla qənaət formalaşa bilər. İlham Əliyevin prezidentliyə namizədliyi məsələsinin şübhəyə alınması olayı birbaşa olaraq PA-dan qaynaqlanır və bu barədə məhz Ramiz Mehdiyevə yaxın mediada mövzular qabardılır».

Mənbəmiz bildirir ki, hətta PA şefinə yaxın media bu məsələnin xüsusi olaraq qabardılması üçün birbaşa olaraq Ramiz Mehdiyevin adından xüsusi təlimat da alıb: «Onlar guya ki, bununla ümumiqtidar maraqlarına xidmət edirlər. Lakin məsələ tamam fərqlidir. Ən azından YAP rəhbərliyinin bu prosesdəki fəaliyyətini izləmək yetərlidir. Bununla da məsələnin nə yerdə olduğunu görmək olar».

Mənbəmiz onu da əlavə etdi ki, artıq «boz kardinal»ın sözügedən «təşəbbüslərin» müəllifi olması haqda faktlar birbaşa olaraq üst düzəyə təqdim olunub: «Həmin faktlar arasında PA-da Ramiz Mehdiyevin bir nömrəli adamı kimi tanınan Əli Həsənovun nəzarətindəki medialara təlimat verməsini sübutlayan dəlillər də var».

Geri qayıt