Əsas Səhifə > Siyasət, Manşet > RAFİQ ƏLİYEVİN KEÇMİŞ ŞİRKƏTİNDƏ MALİYYƏ BÖHRANI
RAFİQ ƏLİYEVİN KEÇMİŞ ŞİRKƏTİNDƏ MALİYYƏ BÖHRANI24-06-2013, 11:13 |
İŞÇİLƏRİNİ İXTİSARA SALAN «AZPETROL»U BAĞLANMA TƏHLÜKƏSİ GÖZLƏYİR DİA.AZ: - Bir zamanlar mərhum prezident Heydər Əliyevin xeyir-duası ilə hazırda həbsdə saxlanılan Əliyev qardaşları tərəfindən qurulmuş və dövründə Rafiq Əliyev tərəfindən yönəldilən «Azpetrol» neft şirkətində ciddi ixtisarlar gözlənilir. Bu barədə DİA.AZ-a şirkətdəki mənbələr informasiya verib. Xatırladaq ki, zamanında bu şirkətlə bağlı ciddi planlar olub. Hətta bildirilir ki, Heydər Əliyev «Azpetrol»la bağlı ciddi niyyətlərdə olub, bu şirkəti yerli özəl bir neft şirkəti kimi «Əsrin sazişi»nə cəlb etməyi də düşünürmüş. Lakin 2005-ci ilin 17 oktyabr tarixində məlum hadisələrdən sonra Fərhad və Rafiq Əliyev qardaşları kimi, «Azpetrol»un da çırağı sönməyə başladı. Və bu gün «Azpetrol»la bağlı planları demk olar ki, «SOCAR» həyata keçirməkdədir. Xatırlayırsınızsa, həmin dönəmdə xarici ölkələrdə məhz «Azpetrol»un adı altında yanacaq doldurma məntəqələri, benzin depoları inşa olunurdu. İndi isə eyni statusda «SOCAR»dır. DİA.AZ-a daxil olan informasiyalardan aydın olur ki, son aylarda ciddi itki ilə işləyən «Azpetrol» rəhbərliyi vəziyyətdən çıxa bilməsi üçün ixtisarlara getmək zorunda qalıb: «Artıq keçən həftə 20-yə yaxın işçi qovulub. Bu proses davamlı olacaq. Əgər kənardan dəstək olmazsa, o zaman demək olar ki, taleyin ixtiyarına buraxılmış «Azpetrol» fəaliyyətini dayandıra bilər». Geri qayıt |