Əsas Səhifə > Gündəm, Manşet > VAQİF AXUNDOV MƏHKƏMƏLƏRİ SATIN ALIB?

VAQİF AXUNDOV MƏHKƏMƏLƏRİ SATIN ALIB?


24-06-2013, 10:59
VAQİF AXUNDOV MƏHKƏMƏLƏRİ SATIN ALIB?
GENERAL HƏBSƏ ATDIRDIĞI KEÇMİŞ İŞÇİSİNİ MƏHKƏMƏLƏRDƏ DƏ TƏQİB EDİR

DİA.AZ: - Bir müddət əvvəl 6 il müddətinə azadlıqdan məhrum edilən Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) keçmiş baş leytenantı Asif Lətifovun kasasiya şikayətini Ali Məhkəmə təmin etməyib. DİA.AZ bildirir ki, bu barədə “30gun” portalı Asif Lətifovun yaxınlarına istinadən məlumat verib. Keçmiş XDMX əməkdaşının yaxınları redaksiyamıza bildirib ki, Asif Lətifov məhz uzun müddət üzləşdiyi haqsızlıq və ədalətsizliklərlə razılaşmadığı, özünün və hərbçi yoldaşlarının haqqını müdafiə etmək üçün mübarizə apardığına görə XDMX-nin rəisi general-polkovnik Vaqif Axundovun sifarişi ilə həbs edilib. Məhz Ali Məhkəmədə də Asif Lətifovun kasasiya şikayətini Vaqif Axundovun sifarişi ilə təmin etməyib.

Xatırladaq ki, ölkə mediasında Asif Lətifovun məhz XDMX-nın rəisi Vaqif Axundovun sifarişi ilə həbs edildiyi barədə kifayyət qədər məlumat verilib. Son iki il ərzində bu məsələ ilə bağlı proseslər daim medianın diqqətində olub. Bu baxımdan baş verənlərin xronologiyasına diqqət yetirmək kifayətdir ki, Asif Lətifovun günahsız yerə həbs olunduğu bir daha aydın olsun.

Qondarma ittihamlar baş leytenant Asif Lətifov qanunsuz olaraq XDMX-dan uzaqlaşdırılmasından sonra başlayıb. Bununla barışmayan Asif Lətifov öz hüquqları uğrunda hüquqi müstəvidə mübarizəyə aparıb. XDMX-da 17 il qulluq edən, dəfələrlə dövlət mükafatları ilə təltif edilən, müsbət xarakterizə olunan Asif Lətifov sonda sifarişlə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Asif Lətifovun problemləri onun qulluq etdiyi “Betta” dəstəsinə Fikrət Rzayevin komandir gəlməsindən sonra başlayıb. Asif Lətofovun öncə işdən çıxarılmasına, sonra həbsinə səbəb bir ədəd patronun itməsi olub. Belə ki, 2001-ci il martın 5-də Emin Ələkbərov adlı mühafizəçi patronu itirib. Martın 6-na keçən gecə Asif Lətifov patronu tapıb. Ziddiyyətdə olduğu üçün patronu dəstə komandirinə - Fikrət Rzyaevə deyil, müffətişliyə təqdim edib. 4 gündən sonra o, Mülki Məcəllənin 156-cı (xidməti uyğunsuzluq) maddəsilə işdən azad edilib. İşdən azad edildikdən təqribən bir ay sonra xidmətin rəhbəriVaqif Axundovun qəbulunda olsa da, müsbət heç nə baş verməyib. 2012-ci ilin yayından, hadisənin üstündən bir il üç ay keçdikdən sonra A.Lətifov məsələni mətbuat vasitəsilə ictimailəşdirdikdən, xidmət rəhbərliyini tənqidlərə məruz qoyduqdan sonra ona qarşı cinayət işinə start verilib. Öncə ölkə prokurorluğu A.Lətifova qarşı Cinayət Məcəlləsinin 228-ci (qanunsuz silah-sursat saxlamaq) və 232-ci (səlahiyyət həddini aşmaq) maddələrilə cinayət işi başlayıb. Daha sonra iş hərbi prokurorluğa verilib. Hərbi prokurorluq isə, yuxarıda qeyd etdiyimiz kimi, bu il yanvarın 29-da A.Lətivoun 6 il müddətinə azadlqıdan məhrum edilməsi haqda qərar çıxarıb.

Maraqlıdır ki, patronu itirən E.Ələkbərov heç bir cəza almayıb, A.Lətifov isə patronu oğurlamaqda ittiham edilib. Əvvəlcə hər iki mühafizəçinin işi bir cinayət işində olsa da, sonradan E.Ələkbərovun işi ayrılıb. Məhkəmə prosesində şahidlərdən kimsə A.Lətifovun patronu oğurlamasını gördüyünü deməyib. Kimdənsə eşitdiklərini mülahizələrə görə səsləndiriblər. Əslində Asif Lətifovla XDMX rəhbərliyi arasındakı yaranmış problemin kökünə diqqət edəndə aydın olur ki, baş leytenant qurumda korrupsiya faktlarının üstünü açdığı üçün hədəfə gəlib. Məhz Asif Lətifov Xüsusi Dövlət Mühafizə Xidmətində baş verən qanunsuzluqlarla bağlı mətbuata ardıcıl və geniş açıqlamalar verdikdən sonra həbs edilib.

Geri qayıt