Əsas Səhifə > Gündəm, Manşet > SƏBAİL SAKİNLƏRİ İCRA BAŞÇISINA ƏVƏZ AXTARIRLAR
SƏBAİL SAKİNLƏRİ İCRA BAŞÇISINA ƏVƏZ AXTARIRLAR22-06-2013, 11:39 |
NARAZI VƏTƏNDAŞLAR ASİF ƏSGƏROVUN VƏZİFƏDƏN ALINMASINI İSTƏYİR DİA.AZ: - Bir neçə gün əvvəl məlumat vermişdik ki, Səbail rayon icra hakimiyyətinin başçısından rayonun Bayıl qəsəbəsi Aqil Quliyev 21 ünvanında yaşayan sakinləri narazılıq edir. Onlar yaşadıqları binanın qəzalı, binanın ətrafının isə antisanitariyə şəraitində olmasından giley-güzar edirdilər. Bu gün də DİA.AZ-a müraciət edən sakinlər bildiriblər ki, Səbailin icra başçısı Asif Əsgərov problemləri mətbuatda işıqlandırılandan sonra bir-iki süpürgəçini yollayaraq bəzi təmizlik işlərini gördürtdürsə də, ətraf yenə də çirkab içində saxlanılıb. «Binanın qəzalı vəziyyətdə olması ilə bağlı isə ümumiyyətlə tədbir görülməyib» deyən sakinlərin sözlərinə görə, dünən axşam saatlarında yağan yağış onların evlərini də yuyub. Sakinlər bildirir: «Neçə ildir ki, Asif Əsgərova müraciət edirik, o da bizi ötür-ötür oyunu ilə yola verir. Amma bu adam unutmalı deyil ki, onu vəzifəyə təyin edənlər, onu vəzifəsindən ala bilərlər». Sakinlər artıq icra başçısının laqeydliyindən cana doyduqlarını və problemlərilə bağlı prezidentin internet ünvanına müraciət etdiklərini də bildiriblər: «İndi qonşuların imzası ilə prezidentə müraciət hazırlayırıq ki, bizim rayonumuza başqa bir - layiqli kadrı icra başçısı göndərsin. Yoxsa Asif Əsgərov kimi məmurlar insanları hökumətdən narazı salmaqdan başqa bir işlə məşğul deyillər». Geri qayıt |