Əsas Səhifə > Siyasət, Manşet > ABBAS ABBASOV İLHAM ƏLİYEVƏ QARŞI KAMPANİYADA

ABBAS ABBASOV İLHAM ƏLİYEVƏ QARŞI KAMPANİYADA


21-06-2013, 12:19
ABBAS ABBASOV İLHAM ƏLİYEVƏ QARŞI KAMPANİYADA
RUSİYADA YAŞAYAN SOYDAŞLARIMIZIN SƏSİ KİMİN XEYRİNƏ YÖNƏLƏCƏK?

DİA.AZ: - «Hakimiyyət bu seçkidə Rusiyadakı soydaşlarımızın səsinə ümid etməsin». Bu fikirlər DİA.AZ-a Rusiyadakı soydaşlarımız tərəfindən göndərilən məlumatda yer alıb. Mənbə iddia edir ki, artıq «Milyarderlər İttifaqı» kimi tanınan Rusiya Azərbaycan Təşkilatları İttifaqı rəsmi Bakının əleyhinə kampaniyaya başlayıb. Məlumata görə, hazırda Moskvada bir milyona yaxın Azərbaycan vətəndaşı yaşayır ki, onların da təxminən 430 mini seçici kimi qeydiyyatdadır.

Məlumatda deyilir: «Bu qədər səs təbii ki, ciddi bir səsdir və seçkilərin nəticələrinə ciddi təsir edə bilər. Bunu nəzərə alan RATİ rəhbərliyi həmçinin Rusiyanın ayrı-ayrı şəhərlərində yaşayan Azərbaycan vətəndaşları ilə də iş aparır».

Mənbəmizin bildirdiyinə görə, bu həftənin əvvəli azərbaycanlıların sıx çalışdığı yerlərdə RATİ-nin nümayəndələri görünüb və onlar qarşıdan gələn prezident seçkilərilə bağlı soydaşlarımızla müzakirələr aparıblar:

«Özlərini Abbas Abbasovun adamı kimi tanıdan həmin şəxslər bazarlarda alver edən soydaşlarımızın əvvəlcə problemləri ilə maraqlanıb. Sonra onlara yardım edəcəklərini söz veriblər. Ardından da qarşıdan gələn prezident seçkilərindən danışıblar və Azərbaycan hakimiyyətinin əleyhinə bir-iki ifadə işlədəndən sonra onları İlham Əliyevin əleyhinə səs verməyə çağırıb. Bunun müqabilində isə onlara Rusiyada problemlərinin həlli ilə bağlı vədlər verilib».

Hələlik azərbaycanlıların kimə səs verəcəkləri ilə bağlı heç nə deməyən Abbas Abbasovun adamları soydaşlarımıza bu məsələdə gözləməyi və görüşlərinin davamlı olacağını da bildiriblər.

Geri qayıt