Əsas Səhifə > Sosial, Manşet > SALYANDA KƏND TƏSƏRRÜFATINDA “MUZIKANT” ÜSULU

SALYANDA KƏND TƏSƏRRÜFATINDA “MUZIKANT” ÜSULU


21-06-2013, 11:08
SALYANDA  KƏND TƏSƏRRÜFATINDA “MUZIKANT” ÜSULU
RAMİZ MEHDİYEVİN ƏQRƏBASI HƏTTA ƏKİNÇİNİN DƏ PROBLEMİNƏ ÇEBRİLİB

DİA.AZ: - Bildiyiniz kimi respublikanın müxtəlif bölgələrində sadə kəndlinin əkdiyi taxıl zəmilərinin biçilməsi də ciddi problemlə çevrilib. Mətbuat bu problemi dəfələrlə qaldırsa da, hələ ki söz-söhbətlər səngimir. Və artıq rəsmi açıqlamalardan da aydın olur ki, bu gün Azərbaycanda ciddi şəkildə kombayn çatışmamazlığı var imiş.

DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, eyni sahədə Salyanda rayonunda da kiritik vəziyyət davam edir. Hətta 2 gün öncə belə bir xəbər də yayılmışdı ki, baş verənlərə tab gətirməyən rayon “Aqroservis”inin müdrü Fərid Sehranov intahara cəhd edib.

Məlumat üçün qeyd edək ki, rayon “Aqroservis”inin texnikaları hələdə iri raqlı məmurların sahələrini biçməkdə davam edir. Hazırda servisin kombayınlarının əksəriyyəti Ramiz Mehdiyevin yeznəsi İlham Əliyevin Salyantakı taxıl zəmilərində Babək adlı şəxsin sərəncamındadır. Sözsüz ki, belə şəxslərin yeri təmənnasız və növbəsiz biçilməlidir. Sadə kəndliyə də belə məsələlərə görə növbə biraz gec çatır.

Məhsul biçininin qızğın çağında əsl peşəsi musiqiçi olan Salyan RİH-in aqrar məsələlər şöbəsinin müdiri Sabir Rəhmanovun əkinçilərin problemlərini həll etmək əvəzinə bayram tədbirlərində, şənliklərdə tamadalıqla, saz çalmaqla məşğul olması da Salyanda əkinçiliyin problemlərinin qulaqardına vurulmasını şərtləşdirən başlıcas faktordur. Hər halda, əkinçilərin şikayət ünvanı toylarda “Yanıq Kərəm” altında süzürsə, onların bu avazı pozmaları imkansızdır.

Qeyd edək ki, rayon “Aqroservis”inin müdiri Fərid Sehranov da əvvəllər qarmon çalan, bir sözlə “toy şabaşnıki” olub. Elə həmən vərdişini indi də davam etdirir. Bunu isə DİA.AZ-a yerli Salyan sakinləri danışır. Özünün məclislərdə dəfələrlə etiraf etdiyinə görə, məmurların sahələrində işləyən texnikalardan pul ala bilmir. “Racon”u sadə kəndliyə kəsir.

Hazırda rayonun 17500 hektarlıq qeydiyata düşən taxıl sahihələri var. Həmin sahələri “Aqroservis”in kombaynıları Sabir Rəhmanovun xeyir-duası ilə - 1 hektar yeri 35-40 manata biçməyə başlayıblar. Yeri sıradan çıxanlar nöbəyə girmək, təcili biçdirmək üçün 45 manat da təklif edir. Yəni “muzıkant”ın gəlhagəlidir.

Respuplika üzrə” Aqroservis”in müəyyən etdiyi qiymətsə 27 manatdır. Bu 27 manatın 7 manatı yanacaq, 13 manatı “Aqroservis”in hesabına ödəniləsi pul, qalanı mexanizatorun əməkhaqqısı və digər xərclər üçün nəzərdə tutulub. Demək 27 manat əlavə alınan pul Fərid Sehranovun cibinə gedir. Qeyd olunan 27 manatdan 8 manat artıq alınanda, yəni 1 hektar taxıl 35 manata biçiləndə 17500 hektardan əldə olunan qazanc nə az, nə çox - düz 140 000 min manat rahat qazanc deməkdir. Bir sözlə burda da ciddi korrupsiya faktı movcuddur. Belə olmasaydı, sözsüz ki taxıl biçinində sadə kəndlinin yerini biçdirmək üçün ödədəyi pula qəbz verilərdi. Amma verilmir. Demək vergidən, sosial ödəmələrdən də yayınmalalr var.. Fərid Sehranov isə Salyana hay salıb ki, 6 ay bundan öncə işində təkrar qalmaq üçün “Aqroservis”in sədri Əli Bayramova verdiyi 15 min manatı hələ də çıxara bilməyib.

Bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.

Geri qayıt