Əsas Səhifə > Siyasət, Manşet > MURADVERDİYEV RUSİYANIN AGENTİNƏ ÇEVRİLİB?

MURADVERDİYEV RUSİYANIN AGENTİNƏ ÇEVRİLİB?


21-06-2013, 10:47
MURADVERDİYEV RUSİYANIN AGENTİNƏ ÇEVRİLİB?
KEÇMİŞ PİA RƏSMİSİ KREMLİN HAZIRLADIĞI DÖVLƏT ÇEVRİLİŞİ PLANINDA

DİA.AZ: - Məlum olduğu kimi, dünən Prezidentin İcra Aparatının sabiq işlər idarəsinin müdiri Akif Muradverdiyev həbs olunub. Gəzən söhbətlərə görə, onun üzərində qadağan olunmuş nə isə olduğundan, keçmiş PİA rəsmisi hava limanında neytral zonada gömrükçülər tərəfindən saxlanılıb. Və artıq barəsində 2 aylıq həbs qəti imkan tədbiri seçilib.

Hər halda, Akif Muradverdiyevin həbsinin ilkin əsaslandırma ilə uzlaşmaması qənaəti hər kəsdə var. Elə DİA.AZ-a daxil olan informasiyalardan da aydın olur ki, 2005-ci ildə dövlət çevrilişinə cəhddə ittiham olunaraq həbs edilmiş və sonradan səhhətindəki problemlərlə əlaqədar prezident tərəfindən bağışlanmış Akif Muradverdiyev bir qaçaqmalçı deyil və bu həbsin arxasında siyasi motivlər dayanır.

Redaksiyamızı bilgiləndirən qaynaq iddia edir ki, Akif Muradverdiyev son günlər çox şübhəli dairələrlə əlaqədə olub: «Onun Rusiyadan gələn bir neçə nəfərlə gizli əlaqələri yeril xüsusi xidmət orqanları tərəfindən təsbit olunub. Nəhayətdə Akif Muradverdiyev nəzarətə götürülüb və onun Kremlin Azərbaycanda planlaşdırdığı təxribatlarda iştiraka razılıq verməsi və bu məqsədlə mütəmadi olaraq Rusiyanın xüsusi xidmət orqanları ilə əlaqəyə girməsi faktı aşkarlanıb».

Mənbəmiz iddia edir ki, əslində bütün bu olaylar bir neçə ay əvvəl rəsmi Bakını «Rusiya Azərbaycanda dövlət çevrilişi hazırlayır» sözləri ilə xəbərdar edən Gürcüstan prezidenti Mixail Saakaşvilinin haqlı olduğunu sübutlamaqdadır: «Həqiqətən də Rusiya Azərbaycanda çox təhlükəli bir ssenarinin icrasına start verib. Bu barədə Bakının da kifayət qədər bilgiləri var. Odur ki, bui şlə əlaqədar hələ həbslər seriyası davam edəcək».

Geri qayıt