Əsas Səhifə > Gündəm, Manşet > VAQİF MUSTAFAYEV NECƏ OLDU Kİ, GERİ ÇƏKİLDİ

VAQİF MUSTAFAYEV NECƏ OLDU Kİ, GERİ ÇƏKİLDİ


21-06-2013, 10:35
VAQİF MUSTAFAYEV NECƏ OLDU Kİ, GERİ ÇƏKİLDİ
«SPACE» TELEKANALININ TEXNİKİ HEYƏTİ KANAL RƏHBƏRİNƏ DƏRS VERDİ

DİA.AZ: - ATV kanalında fəaliyyətini davam etdirən tanınmış teleaparıcı Turan İbrahimovun müstəqil baxışları hər zaman tamaşaçılar üçün cəlbedici olub. Elə bu gün səhər saatlarında da aparıcısı olduğu «ATV-Səhər» proqramında Turan İbrahimov çalışdığı efirdən digər bir yerli kanalın bostanına daş atdı.

DİA.AZ bildirir ki, tamaşaçıların «Sən niyə bu qədər həyəcanlı şəkildə veriliş aparırsan» sualına reaksiya verən Turan İbrahəimov təxminən belə bir cavabı verib: «Siz digər telekanallarda aparıcıların yuxulu-yuxulu dayanmalarına öyrəşmisiniz. Bir az da yenilikçi olun. Əgər hind kinolarına baxmaq istəyirsinizsə, o biri kanaldan gedir, çevirin, baxın».

Təbii ki, Turan İbrahimovun bu zaman «Space» kanalını nəzərdə tutduğu danılmaz faktdır. Həqiqətən də bu gün başında Vaqif Mustafayevin dayandığı «Space» kanalı Hindistanın «bezdarnı» kinolarının müqəddəsləşdiyi bir ünvana çevrilib.

«Space»dən söhbət düşmüşkən, dünən bu kanala bağlı bir məlumat yayıldı. Xəbərlərdən aydın olurdu ki, kanalın 20-yə yaxın texniki işçisi istefa verib. Lakin sonradan bu məlumat təkzib olundu.

DİA.AZ-a daxil olan informasiyalardan isə aydın olur ki, əslində həqiqətən də «Space»də çox ciddi böhran yaşanılıb. Buna səbəbsə kanalın rəhbəri Vaqif Mustafayevin «Space»nin baş operatoru Əlövsət Osmanovu işdən qovması olub. Bu barədə danışan mənbənin söylədikləri:

«Rəhbərliyin bu haqsız qərarına etiraz olaraq operatorlar, işıqçılar - təxminən 20-yə yaxın «Space»nin texniki heyəti istefa verib və bununla da Vaqif Mustafayevə üsyan ediblər. Lakin sonradan rəhbərlik vəziyyətin ciddiliyini görərək, geri çəkilməli olub».

Mənbə bildirdi ki, hətta baş operator Vaqif Mustafayevə öz şərtlərini də diqtə edib: «Vaqif Mustafayev «əsəbi olmuşam, məni bağışla» da deyib. Bundan sonra Əlövsət Osmanov ona bildirib ki, əgər ona dəstək üçün istefa vermiş hansısa işçi incidilərsə, o zaman yenə də eyni qaydada istefalar olacaq».

Geri qayıt