Əsas Səhifə > Güney Press / Manşet > ƏLİ HƏSƏNOVUN İRADƏSİ HAKİM OLAN YERDƏ…

ƏLİ HƏSƏNOVUN İRADƏSİ HAKİM OLAN YERDƏ…


20-06-2013, 17:25
ƏLİ HƏSƏNOVUN İRADƏSİ HAKİM OLAN YERDƏ…
DİA.AZ: - Prezident jurnalistlərin ev probleminin həlli üçün 5 milyon manat vəsait ayırdı. Və bu addım alqışlandı. Çünki həqiqətən də bu gün əksər qəzetçilərin mənzil problemini öz gücünə həll etməsi imkansızdır. Bu baxımdan dövlətin ciddi dəstəyinə ehtiyac var idi…

Bu gün jurnalistlər üçün tikilən evlər üzərində gedən oyunlardan da görünür ki, prezident tərəfindən ayrılan 5 milyon manatlıq vəsait ünvanına yetişməyəcək. Hər halda, ev almağa iddia edənlər üçün qapı kimi tanınan ünvanlardan açıq şəkildə В«Siz Mətbuat Şurasının üzvü deyilsinizВ», В«Filan baş redaktor oğlunu evləndirmək istəyirВ» şəklində izahatlar verilərək 20 illik iş təcrübəsi, peşəkarlığı şübhə doğurmayan qələm sahiblərinə açıq şəkildə rədd cavabı verilirsə, deməli, prezidentin 5 milyon manatı kimlər üçünsə gəlir yerinə çevrilmiş olur.

Təbii ki, burada beş-on normal qəzetçinin də mükafatlandırılacağı gözləniləndir. Hər zaman belə olur. Gözə kül üfürmə siyasəti… Və nə zamana qədər ki, bu kimi fəaliyyətlərə Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov başçılıq, nəzarət edəcək, o zamana qədər də normal jurnalistlər, sözün əsl mənasında qələm əhli olan kəslər başlarının üstündə onları isindirəcək bir damı görməyə müvəffəq olmayacaqlar.

Bu dəfə evi Əli Həsənov tikdi. Deyilənə görə, inşaat işlərini qaynatasına həvalə edib. Pis tikməyib insafən… Təmir işlərini də dostlarından birinə gördürtdürür. Bu da pis deyil. Mebel təchizatını da özünə yaxın birisinə tapşırıb…

Və təbii ki, bu sıralamada paylanan evlər də Əli Həsənovun qılıncının altından keçənlərə nəsib olacaq. Sözsüz ki, bir-iki istisna xaric. Sözsüz ki, proses bu şəkildə davam edərsə… Nəzarət Əli Həsənovda qalarsa… Prezident prosesə müdaxilə etməzsə…

Nə isə. Artıq evlər hazır kimidir. Ev alanlara yenə də mübarək olsun deyirik. Amma hər kəs həyatda haqq etdiyinə iddia etməlidir. Belə olanda gözəl olur…

Azər - DİA.AZ

Geri qayıt